İranda hakimiyyətə və dini rejimə qarşı etirazlar dünən gecə də davam edib.

Axar.az xəbər verir ki, etirazların ən aktiv olduğu məkan yenə də paytaxt Tehrandır. Burada etiraz aksiyaları gecə saatlarına qədər davam edib. Etirazlar zamanı onlarla etirazçı həbs edilərək, naməlum istiqamətə aparılıb.

Kərəc, Əhvaz, Kirmanşah şəhərlərində, eləcə də Güney Azərbaycanın Həmədan əyalətinin Tuyserkan şəhərində də etirazlar davam edib. Tuyserkanda etirazçılar “Xameneiyə ölüm” şüarları səsləndiriblər. Etirazçılara odlu silahdan atəş açılıb. Atəş nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması barədə informasiya yayılıb.

***

İranda keçirilən etirazlarda daha iki nəfər həlak olub.

Bu barədə informasiyanı “Frans Press” agentliyi yayıb. Agentlik etirazçıların Xuzestan vilayətinin İza şəhərində həlak olduğunu bildirib.

“Assoşeyted Press” agentliyi isə İrandakı etirazlarda ən azı 10 nəfərin həlak olduğunu bildirib.

***

İran şəhərlərində baş verən aksiyalardakı qarşıdurmalarda ölənlərin sayı 12-ə çatıb.

Bu barədə “Assasiayted Press” İran dövlət kanalında yayımlanan kadrlara istinadla xəbər verib.

Ümumilikdə aksiyalarda 377 nəfər həbs edilib.

ABŞ Prezidenti Donald Tramp isə olayla bağlı növbəti dəfə açıqlamasında İranda dəyişiklik etməyin vaxtı çatdığını bildirib.

Qeyd edək ki, bundan öncə İranın Dorud şəhərində iki etirazçı həlak olmuşdu. Bundan başqa, Həmədan vilayətində də daha bir neçə etirazçının həlak olduğu haqqında informasiya yayılmışdı.

Müstəqil.Az