“Yazdığım məktublar əlindən öpər…” SƏFA RƏŞİDİN qürbət şeirlərindən…

Müstəqil.Az şair SƏFA RƏŞİDİN şeirlərini təqdim edir:

Əllərim buz geyir…

Yaman soyuqlaşıb bizdə havalar
Hami istəyir ki,isti geyinə
Əllərim buz geyir sən olmayanda
Öyrəşib əlinin istiliyinə.

Nəğməli ömrumə darıxmaq gəlib
Yuxulu gözlərim dağ çuxurudu
Arzular umiddən asilı qalıb
Əlim də yetməyir çox yuxarıdı.

Tavanim göylərə duvaq kimidi
Duşub qarğışına yenə fələyin
Allah da gizləyib yagişlarını
Yenə arxasında isti küləyin.

Mənim ağlamagim yagişdan betər
Şəhər yollarinda boğular adam
Axi,yataģinda körpə uşaq tək
Nə qədər buzuşub yiğilar adam.

Yaman soyuqlaşib bizdə havalar
Hamı istəyir ki, isti geyinə
Əllərim buz geyir sən olmayanda
Öyrəşib əlinin istiliyinə.

 

Saçında qırılan daraq kimisən

 

Hərdən belə olur darıxmaqların
Sabaha çıxmayan gecə gəzirsən
Ümidin içində daşqalaq olub
Doğmalar yanında qəribsəyirsən

Dərdini sayırsan ağ saçlarında
Saçında qırılan daraq kimisən
Görürsən ağrılar yuxarı başda
Yenə pəncərəsiz otaq kimisən

Hələ otaqları axtarmağin var
Doğmalar, yaxınlar ha yanda qalıb
Səni ümidsizlik vurub öldurur
Əllərin elə bil cəryanda qalıb….

 

Yazdığım məktublar əlindən öpər…

 

Sən də künc bucaqdan yerini dəyiş
Bir yeni mərkəz cız, ağ varağında
Mən də bu okeanın dalğalarına
Sarılıb cıxaram burulğanından

Ruhum heca-heca sənə qayıdar
Yazdığım məktublar əlindən öpər
Sənə qayıdası qollar darıxar
Darıxan əllərim qapını döyər

Daha həmdəm etməz uzaqlar məni
Gecənin darısqal yuxularına
Inan ki ,yaramin duzu çəkilər
Sarilıb qalanda ağrılarına…

 

Hiss edirsən, əllərinə qiş gəlib

Payızdımı, pəncərədən o yana..?!
Hiss edirsən, əllərinə qiş gəlib
Sən yenə də darixirsan elə bil
Yuvasizliq ağrisina tuş gəlib

Sən yenə də darixirsan elə bil,
Yağiş yağa ,ya da yenə qar yağa
Yarpaqlar da ayagina toxuna,
Külək tuta saçlarini darağa

Gecələri yaman sevir üreyin
Yuxularin gözlərində qovrulur
Heç qoymursa günəş yerində qala
Ulduzlar var gözlərinə bənd olur

Sən yenə də darixirsan elə bil,
Qiş gəzirsən saçlarinda qar ola,
Hardan bilə bilərdin ki,ay canim
Həsrət gəlib qucaqlarda daralar..

Sən yenə də darixirsan elə bil
Gülə bilmir o kədərli baxişlar
Sevgilinsə uzaqlarda “zəng” olub
Bu qisməti taleyinə bağişla…

SƏFA RƏŞİD

mersin escort