“Dəmirbank”ın kartları bloklandı – Ekspertdən açıqlama

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarı ilə 23 dekabrdan lisenziyası ləğv edilən “DəmirBank”ın bütün kartları bloklanıb. Bu da bağlanmış bank müştərilərinin və kredit kartı olanların ölkədə və xaricdə problem yaşamasına səbəb olub.

Müstəqil.Az-ın məlumatına görə, “DəmirBank” müştəriləri bildirib ki, sözügedən bankın kartından istifadə edə bilmirlər, ödəniş etmək və ya kartdan vəsait çıxarmaq olmur. Xaricə səfər edən bank müştəriləri daha pis vəziyyətə düşüblər.

Məlumata görə, hətta dünən xaricdə səfərdə olan “DəmirBank” kart sahibi şəxs restoranda olduğu zaman hesabı ödəyə bilməyib.

Bank eksperti Əkrəm Həsənov bildirib ki, bu məsələ istənilən ölkədə belədir. Bankın lisenziyası ləğv olundusa, məxaric əməliyyatları dərhal dayandırılır:

“Çünki bank müflis elan olunduğu təqdirdə kreditorlarının tələbi növbəlilik əsasında ödənilməlidir. Yalnız krediti olan bankın borcunu ödəyə bilər.

Əksinə, problem belə bankların illər boyu fəaliyyət göstərməsindədir. Təəssüf ki, bağlanan banklar var ki, hələ də fəaliyyət göstərir, əhali orada pulunu saxlayır. Əhalinin hüquqi və maliyyə savadı çox aşağı səviyyədədir, bundan sui-istifadə edilir. Buna görə də maarifləndirmə işlərinə geniş yer verilməlidir. Məhz bunun nəticəsində insanlar yaxşı və pis bankı özləri fərqləndirə biləcək”.

Müstəqil.Az

mersin escort