Hanı? Dünyanın gedişatına təsir eləyən heç bir böyük hadisə sevgiylə baş verməyib axı.

Sevgi uğrunda müharibələr də nifrətlə aparılıb.

Nifrətlə tənzimlənən tarixi hadisələrin içində sevgiyə xırda təfərrüatlar kimi rast gəlinib həmişə.

Məsələn, bir alman zabiti bir tövləyə yığıb yandırdığı kənd camaatının içindən bir uşağı ayırıb bağrına basaraq ağlayıb.

Bəlkə də səhv düşünürəm, əslində, həyatın çox anlaşılmaz məntiqi var.

İnsanlığın səmimi olduğu hallardan bəşərə fayda gələ bilərmi?

Dünya öz inkişafına görə qeyri-səmimiliyə borclu deyilmi?

Belə baxanda, səmimiyyət emosianallıqdır, qeyri-səmimilik rasionallıq.

Səmimiyyət xaosdur, qeyri-səmimilik kosmos.

Səmimiyyət dağıdır, qeyri-səmimilik qurur.

Özünü qurmaqdan, özünü dəyişməkdən tutmuş dünyanın düzənini idarə eləməyə qədər bütün pozitiv proseslər qeyri-səmimilik sayəsində deyilmi?

Sevgi gücünə, olsa-olsa, xırda nifaqları yoluna qoymaq olar