DAHA BİR ÖLÜM…”Qrand Hospital”da

Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib.

Hadisə paytaxtda fəaliyyət göstərən “Qrand Hospital”da baş verib. 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib.

Məlumata əsasən, N.Qasımovun ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb./Trend/

Qeyd edək ki, bundan əvvəl, noyabrın 30-da “Qrand Hospital” tibb mərkəzində 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızı üzərində keçirilmiş əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq koma vəziyyətinə düşmüş və dekabrın 5-də vəfat etmişdi. Ötən gün isə Bakıda “MedEra” hospitalında 1977-cü il təvəllüdlü Anar Musa oğlu Hümbətov əməliyyat zamanı dünyasını dəyişib.

Müstəqil.Az


mersin escort