42 yaşında ilk dəfə ATA OLAN MƏŞHUR MÜĞƏNNİ… – FOTO

15 ildən çoxdur ki, ispan müğənnisi Enrike İqlesiasla görüşən sabiq tennisçi Anna Kurnikovanın əkiz uşaqları dünyaya gəlib.

Müstəqil.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı Anna ilə 42 yaşlı Enrike ilk dəfə övlad sahibi olub. Sabiq tennisçi 16 dekabrda ABŞ-ın Mayami şəhərində əkiz dünyaya gətirib. Qərb KİV-nin məlumatına görə, cütlük oğluna Nikolas, qızına Lüsi adını qoyub.

Qeyd edək ki, Kurnikova hamiləliyini hər kəsdən gizlədib. O, ötən ilin noyabrından bəri ictiami yerlərdə görünmür.

Xatırladaq ki, Enrike ilə Anna 15 ildir görüşür. Cütlük 2002-ci ildə müğənninin “Escape” klipinin çəkilişlərində tanış olub.


mersin escort