Ebru Gündeş hələ Rza Zərrabın hədiyyə etdiyi villada yaşayır

Məşhur türk müğənnisi Ebru Gündeş hələ də əri Rza Zərrab tərəfindən hədiyyə olunan malikanədə yaşayır. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Kanlıcadakı məşhur əkiz malikanı müğənniyə həyat yoldaşı Rza Zərrab tərəfindən hədiyyə edilib. Lakin villa ABŞ-a getməzdən bir az əvvəl Rza Zərrabın adına sənədləşdirilib. Onun ABŞ-da həbsindən sonra malikanınin müsadirə olunduğu bildirilirdi.

Müğənninin Zərrabdan boşanacağı və həmin evdən köçəcəyi deyilsə də, Ebru Gündeş hələ də həmin evdə yaşamağa davam edir.

Mənbənin yazdığına görə, məşhur sənətçi ötən gecə əvvəlcə Günayda səhnəyə çıxıb, konsertindən sonra isə Kanlıcadakı əkvillaya yollanıb.

Müstəqil.Az

mersin escort