Qırğızıstanda məktəblərdə mobil telefonlar qadağan oluna bilər

Qırğızıstan Parlamentinin deputatları ümumtəhsil məktəblərində mobil telefonların qadağan edilməsi təklifi ilə çıxış ediblər. Bununla bağlı layihə artıq ölkədə ictimaiyyətin müzakirəsinə çıxarılıb.

Layihədə qeyd olunur ki, bu addımın atılmasına zərurət yaranıb. Belə ki, uşaqların virtual aləmə daxil olma halları kəskin artıb. Bu isə öz növbəsində zorakılığa, əsəb pozğunluquna və digər mənfi hallara yola açır ki, bu da narahatlıq doğurur.

Müstəqil.Az

mersin escort