Abşeronda 1000-ə yaxın ailə istiliyə həsrət qalıb – RƏSMİ CAVAB

“Abşeron rayon Pirəkəşkül qəsəbəsindən təxminən 1000 ailə 3 ildir ki, hava soyuyan soyuqdan donur. Bu problemlə bağlı aidiyyəti qurumlara müraciət ünvanlamışıq. Qurumların rəsmiləri problemi aradan qaldıracaqlarına söz verəndən sonra üç gün qazımız normal verilib, sonra eyni problem davam edib. Sayğaclarımız smart tiplidir, yəni problem borcla bağlı deyil. Amma təzyiqin daim aşağı olması, bəzi günlər isə ümumiyyətlə qazın verilməməsinin səbəbi bizə məlum deyil”.

Müstəqil.Az bildirir ki,Bu sözləri yüzlərlə ailənin yaşadığı problemlə bağlı Publika.az-a müraciət edən Pirəkəşkül qəsəbəsinin sakini Elnur Balayev deyir.

E.Balayev bildirib ki, verilən qazın təzyiqi ilə evlərini isidə bilmirlər:

“Yaşayış məntəqəsi yeni salınıb və hamısı həyət evləridir. Evi isitmək üçün kombi sistemi qurulub, amma qazın təzyiqi o qədər aşağıdır ki, nəinki kombini, heç çay belə isitmək olmur. Evimizdə uşağımız, qocamız, xəstəmiz var. Şikayətimizi Abşeron rayon Qaz İdarəsi, Abşeron rayon İcra Hakimiyyətinə bildirmişik, dəfələrlə “Qaynar xətt”ə zəng etmişik. Sonuncu dəfə “185” nömrəsinə qazın təzyiqinin aşağı olması barədə müraciət etdim. Lakin müraciətdən sonra qaz tamamilə kəsildi. Aidiyyəti qurumların bizə sonuncu cavablarına görə onlara təzyiq aşağı verildiyindən yaşayış məntəqəsinə verilən təbii qazın təzyiqini artıra bilmirlər”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalayev Publika.az-a açıqlamasında deyib ki, təbii qazın təzyiqi və digər problemləri yaşayanlar qurumun “Qaynar xətt” xidmətinə müraciət edə bilər.

“Müraciətlər elektron qaydada qeydiyyata alınır, aidiyyəti üzrə yönləndirilir. Əgər təbii qazın verilişində problem təzyiqlə bağlıdırsa, əməkdaşlarımız tənzimləmə işlərini aparır, texnoloji rejimə uyğun qaz təchizatı bərpa edilər. Sizə belə bir məktub ünvanlayanlar “Azəriqaz” İstehsalat Birliyinin Çağrı mərkəzinə müraciət edə bilərlər. Bizim əməkdaşlarımız tənzimləmə işləri aparar. Təcrübəmizdə təbii qazın verilişində uzun müddətli problem qeydə alınmayıb. Uzun müddətli problem yaşayan vətəndaşlar yazılı şəkildə müraciət etdikləri halda, araşdırılıb, yazılı şəkildə cavab veriləcək”.

 

Müstəqil.Az

mersin escort