Güləşçilərimiz Astanada 3 qızıl medal qazandı

Qazaxıstanın paytaxtı Astana şəhərində əməkdar məşqçi A.Kazımbetovun xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçirilib.

 

Müstəqil.Az bildirir ki,Azərbaycan Güləş Federasiyasından Modern.az-a verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri iştirak ediblər.

Azərbaycan komandası ilə yanaşı, Özbəkistan, Qırğızıstan, Rusiya və Qazaxıstan pəhləvanlarının iştirak etdiyi turnirdə güləşçilərimiz 3 qızıl medal qazanıblar. Əlihəsən Əmirli (45 kq), Elvin Dünyamalıoğlu (65 kq) və Fuad Mayılov (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar

 

Müstəqil.Az 

mersin escort