Zərrabın ABŞ-a göndərilməsini istədiyi məxfi məlumatlarla dolu disk türk polisinin ƏLİNƏ KEÇDİ

Türkiyə polisinə ABŞ-ın azərbaycanlı iş adamı Rza Zərraba aid naməlum şikayət zəngi daxil olub.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən bir şəxs polisə zəng edərək Rza Zərrabın istintaqını aparan hakimlərə vermək üçün istədiyi diskin yerini söyləyib. O şəxs həmin diskin Zərrabın idarə heyətinin üzvü olduğu “Roysar Holdinq”ə aid olduğunu qeyd edib.

Şikayət zəngini edən şəxs Rza Zərrabın sağ qolu Rəqayib Akolla birlikdə işlədiyini deyib:

“Uzun müddətdir yanlarında işlədiyim Rəqayib Akol və dostları Mustafa Hacısəlimoğlu ilə Sinəm Arslan FETÖ-çüdür. Bu adamlara vəzifədən uzaqlaşdırılan polislər daimi olaraq sənədlər gətirirlər. Onlar da həmin sənədləri alıb ABŞ-a aparır”.

Şikayət zəngindən sonra məhkəmə qərarı ilə Akol, Hacısəlimoğlu və Arslan izlənilib. Hər 3 şəxsin ABŞ-la sıx əlaqələri olduğu bildirilib. 3 gün öncə İstanbul Respublika Ali Məhkəməsinin təlimatı əsasında əməliyyat keçirilib və Rza Zərrabın ABŞ-a göndərilməsini istədiyi disk ələ keçirilib.

FETÖ terror təşkilatı ilə bağlatısı olmadığını deyən Hacısəlimoğlu isə bütün iddiaları təkzib edib. O, sənədlərin olduğu diskləri kimsəyə göndərməyəcəyini deyib.

Müstəqil.Az

mersin escort