İki türk dövləti arasında gərginlik bitdi

Qırğızıstan Qazaxıstanla bağlı Ümumdünya Ticarət Təşkilat və Avrasiya İttifaqının Avrasiya İqtisadiyyat Komissiyasına göndərdiyi şikayətləri geri götürəcək.

Müstəqil.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Baş nazirinin müavini Tolkunbek Abdıqulov söyləyib. O, tərəflər arasında razılıq əldə olunduğu üçün şikayətin geri götürüldüyünü bildirib.

Qeyd edək ki, Qazaxıstan bundan öncə Qırğızıstanla sərhədlərində nəzarət sistemini gücləndirmişdi. Nəticədə Qırğızıstan sərhədində böyük növbə yaranmışdı.

Münasibətlər Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin Qazaxıstan və Prezident Nursultan Nazarbayev əleyhinə kəskin ittihamlar səsləndirməsindən sonra gərginləşmişdi.

mersin escort