Aytən Səfərovaya qarşı DƏLƏDUZLUQ: “O alçaq və şərəfsiz kimdirsə…”

“Bu gün səhər mənə Qobudan Zəng gəlir və yaşlı bir xanım iddia edir ki, hansısa Naim və ya Naid adlı şəxs camaata qarşı dələduzluq edir”

Müstəqil.Az Publika.az- istinadən xəbər verir ki, bu sözləri teleaparıcı Aytən Səfərova öz feysbuk hesabında yazıb. O, polisə müraciət etdiyini bildirərək bunları qeyd edib:

“Naim adlı şəxs camaata deyib ki, guya mənim işçimdir. Mənə məxsus şirniyyat evində çalışır və həmin qadının iddiasına görə “maşın xarab olub” adıyla 200 azn alıb, saxta nömrə qoyub və yoxa çıxıb. Bu, ağbirçək də xalq arasında hörmətim olduğu üçün həmin şəxsə inanıb. Əziz soydaşlarım, mənim obyektim, mülkiyyətim, hətta mənzilim belə yoxdur. O alçaq və şərəfsiz kimdirsə, bu dəqiqə 102 ilə əlaqə saxlayıram. Mənim işçilərim yoxdur. Adımı hallandıran hər kəs layiqli cavab verin və ya dərhal mənə xəbər edin. Dələduları məsuliyyətə cəlb etmək lazımdır”.

mersin escort