“Əlillərin nömrəsiz avtomobil idarə etməsi çox ciddi narahatlıq doğurur” – MÜSAHİBƏ

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədovun Sonxeber.az-a müsahibəsini təqdim edirik:

-Vaqif müəllim, piyada keçidindən keçməyən vətəndaş qəza nəticəsində xəsarət alsa yaxud dünyasını dəyişərsə bu zaman məsuliyyəti kim daşıyır?

Hər bir hadisə təfərrüatı ilə araşdırılır. Konkret kim günahkardırsa, ona tənbeh tədbiri tətbiq edilir. Qeyd etməliyəm ki, piyadanın günahı üzündən yol- nəqliyyat hadisəsi baş verirsə hadisənin ağırlıq dərəcəsindən asılı olaraq ona inzibati tənbeh tədbiri deyil, cinayət məsuliyyətinə cəlb etmə kimi baxılır. Yəni hadisənin piyadanın günahı sübut olundusa o, cinayət məsuliyyətinə cəlb olunur. Məsələn 2016-cı ildə 13 yol qəza hadisəsində piyada sırf təqsirkar idi. Sürücü avtomobili elə idarə etməlidir ki hərəkət istiqamətində hər-hansı bir təhlükə yarananda onunla toqquşmanın qarşısını alsın. Piyada keçiddən kənar keçərsə və hadisə nəticəsində dünyasını dəyişirsə bu sürücünün hadisə zamanı avtomobili necə idarə etməsi ilə əlaqəlidir.

– Bu il neçə nəfər piyada cərimə edilib?

-Yanvar –noyabr ayları ərzində yollarda təhlükəli manevrlərin edilməsi ilə bağlı yol nəqliyyat hadisələri 23 faiz təşkil edir. Mövcud vəziyyəti nəzərə alsaq hadisələrin sayını daha da aşağı endirə bilərik. Çünki hər bir hadisənin kökündə piyada səhlənkarlığı, piyada məsuliyyətsizliyi dayanır. Nəzərə alsaq ki, Bakı şəhərində 80-ə yaxın yeraltı –yerüstü piyada keçidi var. İlin əvvəlindən bu günə qədər keçiddən istifadə etmədiklərinə görə, 84 min piyada məsuliyyətə cəlb edilib. Yollarda nizam-intizamın yaradılması ilə bağlı müxtəlif təbliğat tədbirləri aparılır. Təəssüf ki, yenə də hadisələr baş verir. Nəticələr isə ürəkağrıdandır.


– Səs siqnalları ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi varmı?

-Bu il ərzində çoxavazlı, yüksək tonlu, səsi artırıb, azaldan siren və musiqi səsli siqnalların avtomobillərə quraşdırılması və istismar edilməsinə görə 570- dən artıq sürücü məsuliyyətə cəlb edilməsi üçün məhkəmələrə göndərilib..

Təəssüf ki, zavod tərəfindən qoyulan adi səs siqnallarından da lüzumsuz olaraq istifadə edilir ki, bu da narahatlıq yaradır. Bəzi sürücülər bir az sıxlıq yaranan kimi səs siqnallarından istifadə edirlər. Onlar elə bilir ki, lüzumsuz olaraq səs siqnalından istifadə etməklə yolları sıxlıqdan azad edəcəklər. Bu çox yanlış düşüncədir, onlar bununla həm ətrafdakıları narahat edir, həm də belə hal aşkarlanarsa yol polisi tərəfindən məsuliyyətə cəlb edilirlər.

Yol Polislərinin daim tənqid hədəfi seçilməsi nə ilə bağlıdır? Bəlkə bu illərlə cəmiyyətimizin təfəkküründə formalaşmış “polis şirinliyi” ilə bir- başa əlaqəlidir?

Bu mentalitetimizlə bağlı xüsusiyyətlərin olması ilə əlaqəlidir. Bütün inkişaf etmiş ölkələrdə cinayətkar polisi sürücü isə yol polisini sevmir. Nəzərə alsaq ki, biz inzibati tənbeh qərarını verərkən artıq sürücü yol polisinə düşmən kimi baxır. Bu baxımdan hesab edirəm ki, yol polisini sevməyən intizamsızlığa meyilli olan şəxs ola bilər. Bu gün polisin fəaliyyətinə kölgə salmaq istəyənlər müxtəlif vasitə və ya bəhanələrlə sosial şəbəkə vasitəsi ilə bunu ictimailləşdirərək özlərinə haqq qazandırmağa çalışırlar. Təbii ki, nöqsanlar ola bilər amma bu halların aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hərəkətlərin sivil yolla edilməsi həyata keçirilir. Bu gün bir yol polis nəfəri öz fəaliyyətində hər hansı bir nöqsana yol verirsə o mütləq şəkildə cəzasını alır. Yəni vətəndaşın müraciəti əsasında araşdırma aparılarkən polisin səhvi aşkarlanarsa o başqa işə keçirilir, töhmət alır, yaxud xidməti vəzifəsindən azad edilir.

-Artıq havalar soyumağa başlayıb. Qarlı və şaxtalı havalarda sürücülər daha çox hansı yol-hərəkəti qaydalarını pozur?

Etiraf etməliyik ki, qarlı şaxtalı havalarda avtomobil idarə etmə vərdişinə tam yiyələnə bilməmişik. Amma olduqca peşəkar, işini bilən sürücülərimiz çoxdur. Təəssüflər olsun ki, qarlı, şaxtalı hava şəraitində nümunəvi avtomobil idarəetmə vərdişi olan sürücülərə mane olan intizamsızlığa meyilli sürücülərin hesabına xətalar baş verir. Yəni yol və metroloji şərait nəzərə alınmalıdır. İqlim dəyişikliyi zamanı maddi zərərlə nəticələnən yol nəqliyyat hadisələri daha çox baş verir. Yol və metroloji şəraiti düzgün qiymətləndirməyib avtomobil idarə etməyə uyğunlaşmayan sürücülər belə hadisələrin artmasına şərait yaradırlar. Belə havalarda maddi zərərlə üzləşməmək üçün avtomobili evdə ictimai nəqliyyatdan istifadə edən sürücülər arasında xanımlar çoxluq təşkil edir.

Bu ilin 11 ayının yekunları ilə bağlı nə deyə bilərsiniz? Bu vaxt ərzində nələr əldə edilib?

Bu ilin 11 ayı ərzində yol hərəkətində təhlükəsizliyi təmin etmək məqsədi ilə yol polisi tərəfindən xidmət zamanı təxminən 610 minə kimi protokol yazılıb.

Polisin qanuni tələblərinə tabe olmayan 2067, dəmiryolu keçidi ilə kəsişən yollarda qayda pozan 80 sürücü, svetoforun qırmızı işığında hərəkət edən 27907, dövlət nömrə nişanız avtomobili idarə edən 1200, sərnişin daşıma qaydalarını pozan 5919, ötmə, manevr etmə qaydalarını pozan 6686, yolayrıclarının keçmə qaydalarını pozan 135000, sənədsiz 3438 və.s sayda protokol tərtib edilib.
Mərkəzi Məlumat Sistemində isə 700 min-dən artıq avtomotik elektron protokol tərtib edilib. Yol polisinin müdaxiləsi olmadan bu qədər sürücü törətdiyi xəta ilə əlaqədar avtomotik cəzalandırılma üçün Mərkəz Məlumat Sistemində onların adı hallanır. Beləliklə dünyanın 6 inkişaf etmiş ölkəsində tətbiq edilən texnikalar bu gün Azərbaycandadır. Amerika Almaniya, Türkiyə, Dubay, Kanada və Azərbaycanda “I Patrul” sistemi tətbiq edilir.

Avtomobil qəzaları zamanı az ağır və ağır dərəcəli bədən xəsarəti yetirən sürücülər cinayət məsuliyyətindən azad oluna bilərlər. Cinayət Məcəlləsində bu dəyişikliyə ehtiyac varmı?

Piyadaların vurulması halları çox narahatlıq doğuran məsələdir. Lakin avtomobil qəzaları zamanı az ağır və ağır dərəcəli bədən xəsarəti yetirən sürücülərin məsuliyyətdən azad olunması ilə bağlı qanun qüvvəyə mindikdən sonra bunun vaxtında verilmiş qərar olub- olmadığını görəcik. Mən bu qərarın müsbət tərəflərini görürəm.

-Şadlıq saraylarının qabağında dayanma-durma tələblərini pozan sürücülərlə bağlı problem niyə həllini tapmır?

Bu günlərdə bizə bəy gəlin cütülüyünün müşayiəti zamanı kobud yol –hərəkət qaydalarının pozulması barədə məlumat daxil olub. Dərhal araşdırma aparılıb, kameralar vasitəsi ilə onların aşkarlanması və məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər həyat keçdi. Digər bir məsələ ümumi istifadədə olan yollara bitişik və ya yaxın məsafədə şadlıq saraylarının mövcudluğudur. Toya gələnlər avtomobillərini yolun hərəkət hissəsinə yaxın yerdə saxlayırlar. Üç zolaqlı avtombil yolunda bir zolaq saxlanılır, bu da həmin ərazidən keçən digər avtomobil sürücüləri üçün suni sıxlıq yaradır. Yəni, Bakı şəhərində yollara bitişik təxminən 100-ə yaxın şadlıq sarayı varsa ən azı hər sarayın qarşısında 3 nəfər Yol Polisi xidmət aparmalıdır. Təsəvvür edin hər şadlıq sarayının yanında neçə polis əməkdaşı xidmət aparmalıdır. Artıq toy mövsümü başlayıb. Bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanlarında xeyli xətalar baş verir. Ona görə həm xəbərdarlıq, həm də tələb edirik ki, toy karvanlarında nizam-intizama riayət edilsin, yol-hərəkət qaydaları pozulmasın. Nəqliyyat vasitələrinə müxtəlif bəzək əşyaları vurarkən dövlət nömrə nişanları görünmür. Gənclər ailə qursa belə, hər şey qanunvericiliyin tələbinə uyğun olmalıdır. Bəy-gəlin avtomobilini müşayiət edən sürücülər yolda hərəkət zolaqlarını lüzumsuz tutmasınlar, sürət həddini aşmasınlar, səs siqnallarından istifadə etməsinlər, başqalarının hərəkətinə mane olmasınlar. Ərazidə əməkdaşlarımız olmasa da, kameralar vasitəsilə bu xətalar qeydə alınır və tədbirlər görülür.

-Fəaliyyətiniz ərzində yol- hərəkəti qaydalarını pozaraq cərimə ödəmisinizmi?

Əvvəllər olub. Yəni, nəzarət videokameraları quraşdırıldıqdan, və nəzarət gücəndirildikdən sonar cərimə ödəməmək üçün tələbləri yerinə yetirməyi çalışıram. Bir dəfə bilərəkdən təbliğat işini gücləndirmək üçün sürət həddini aşmaqla cərimə ödədim və hər kəsi də buna əməl etməyə səslədim. Lakin yenə də tənqid hədəfinə çevrildim, Bəziləri dedi ki “polkovniksən necə yəni qayda pozursan?, bəziləri “özünü reklam edir” dedi. Şəxsi avtomobilimlə hərəkət zamanı qayda pozduğuma görə 10 manat cərimələnmişəm ödəyəcəm. Bunu tanınmaq üçün etmirəm. Hər dəfə cərimələnmək mənim ailə büdcəmə təsir edir. Paytaxtda ən çox dayanma –durma ilə bağlı problem yaşanır. Mən şəxsi avtomobilimlə hərəkətdə olan zaman taksi sürücülərindən xahiş edirəm ki, mənə daynmağa şərait yaratsınlar. Çünki onların qayda pozması səs-küy yaratmaz, lakin ayrıca mənim məsuliyyətə cəlb edilməyim böyük rezonans yarada bilər.
Cərimə ödəməyimlə yanaşı deyəcəklər özü qayda-qanundan danışır amma yol-hərəkəti qaydalarını pozur. Şəxsi avtomobilimlə hərəkət zamanı qayda pozmamağa çalışıram, xidməti avtomobillə hərəkət edən zaman isə istənilən nəqliyyat vasitəsinin sürücüsü hərəkət üstünlüyünə malik avtomobillərə yol verdikləri üçün sərbəst hərəkət edirəm. Bu gün sürücülərimiz polisə asanlıqla yol verirlər ki bu yaxşı əlamətdir.

-Şantaj və təhqirlə üzləşdiyiniz halda məhkəməyə müraciət etmisinizmi?

Hələ də cəmiyyətimizdə polis tərəfindən inzibati cəza tədbirləri tətbiq edildiyindən ona qarşı müəyyən aqressiya mövcuddur. Lakin polislərin yaxşılıq etməsi halları da var. Məni telefonda təhqir edənlər olur. Belə çıxır ki, mən hər gün məhkəmələrə müraciət etməliyəm?! Mən həmin şəxsləri məhkəməyə verib sonradan bağışlamaqdansa əvvəlcədən bu addımı atıram. Bəlkə də ağsaqqal titulunu bu humanist qərara görə almışam. Belə davam etsə gərək mən bir çoxlarını məhkəməyə verim. Mənə qarşı pislik etmək istəyənə mən ancaq yaxşılıq etməyə çalışıram. Ən sonda dost oluruq. Polisə qarşı aqressiya hissi ilə yaşayan insanları elə bu başdan səmimi olmağa dəvət edirəm. Bəzən öyrənirəm ki, hansısa vətəndaşın müəyyən məbləğdə cəriməsi var. Xəbərdarlıq edəndə deyir ki “ödəyərəm də” . Mən belə hallarla qarşılaşanda narahat oluram. Vətəndaş mənə zəng edir və qeyri – etik formada danışır. Mən onun əsəbini başa düşürəm və ürəyini boşaltmağa icazə verirəm. Göründüyü kimi mən də təhqir olunan polislərdənəm.

-Əlillərin nömrəsiz avtomobil idarə etməsi düzgündürmü?

Əlillərin nömrəsiz avtomobil idarə etməsi çox ciddi narahatlıq doğurur. Dövlət onların sosial təminatlarının gücləndirilməsi istiqamətində müəyyən güzəştlər edərək avtomobil verib. Lakin nəqliyyat vasitəsinin dövlət nömrə nişansız idarə edilməsi inzibati xəta tərkibi yaradır. Təbii ki, nömrəsiz idarə edilən avtomobil sürücüsü tərəfimizdən saxlanılır və qanunvericiliyin tələbi üzrə tədbir görülür. Əlbəttə bəzən əlillərlə polis arasında bununla bağlı kiçik narazılıq olsa da aidiyyatı üzrə müxtəlif təşkilatların köməyi ilə məsələ aradan qaldırılır və qanun təsirini göstərir. Bu cür nöqsanların olmaması üçün sürücülər də öz məsuliyyətini dərk etməlidir.

Aysel Kərimova

mersin escort