Bakı Tarixin bütün dönəmlərində düşmənə “yağlı tikə “kimi görünmüşdür…

Türk vəfalıdır, ədaletlidir, məzlumun yanında    və zalıma qarşıdır. Türk dünyaya nizam vermək üçün yaradılmışdır və hər zaman soyuna  sahib çıxar. Sizlərə çəkinmədən bildirə bilərəm ki,Türk MİLLƏTİNƏ MƏNSUB OLDUĞUM üçün Yaradana şükürlər edirəm.

Bəziləri bəlkə də bu ifadəni tam anlamaya bilər və ya mənim ayrı seçkilik etdiyimi düşünə bilər. Əsla belə deyil, bir Türk qızı olaraq heç bir zaman digər etnik  azınlıqları ötəkileşdirmədim. Tarix boyu  bizlər və atalarımız torpaqlarımızdakı qeyri -millətlərə qarşı xoşgörülü olmuşuq, onlarla çörəyimizi bölmüş və onlara ədalətlə hökm etmişik.  Türklər heç bir zamana  dövlət qurduqları yeni torpaqlarda yaşayan əski xalqlarin dilinə və dininə yasaq qoymadiği kimi onlara təyziqdə etməmişdir.  Hətta o xalqların təhlükəsizliklərini qorumağı boyunlarının borcu bilmişlərdir. Çünki ,biz Türklərin törəsi ədalət üzərində qurulmuşdur. Amma təssüf ki, bizlərin  ədalətli və xoşgörülü siyasətinin qarşılığı çox yaxşı nəticə vermədi. Bunun ən gözdə örnəyi erməni quldurlarıdır. Onlara torpağımızda  özgürcə yaşama haqqı versək də  hər fürsətdə bizlərə qarşı xainlik etmişlərdir. Əgər işğalçılı və sömürgəçi siyasətin xasını görmək istəyirsinizsə rusların və avropalıların tarixinə diqqətlə nəzər yetirsəniz kifayət edəcəkdir. Beləki ƏN YAXIN TARİXDƏ   TÜRK YURDU AZƏRBAYCANI İŞĞAL EDƏN RUSLARIN İLK İŞİ BİZ TÜRKLƏRİN DİLİNİ VƏ DİNİNİ YASAQLAMAQ OLMUŞDUR.

Mən Türklüyün yaradandan əvəzsiz bir hədiyyə olduğunu qeyd etərkən də əsla art niyyət, qərəzli bir düşüncə bəsləmirəm. Sadəcə Türklüyün nə qədər dəyərli olduğunu anlayır və bu bilinclə yaşamağımız gərəkdiyinin önəmli olduğunu bilirəm. ATALARIMIZ, DƏDƏLƏRİMİZİN  ASİL QANI VƏ QƏHRƏMANLIĞI BİZ TÜRKLƏRƏ ÖRNƏKDİR.  Düşmənlərimiz hər zaman bu həqiqəti bilir və bu səbəbdən bizə düşmanlıq edirlər. Bu gərçəyi   Türk dünyasının önəmli düşünürlərindən və öndərlərindən,Azərbaycanın mərhum dövlət başçısı Əbulfəz Elçibəy sözləri ilə daha doğru əks etdirmişdir: “Sən Türk olduğunu untsan da düşmən əsla unutmaz”. Tarixə nəzər saldığımızda bu sözlərin nə qədər həqiqət olduğunu görürük. Özəlliklə ruslar, farslar,ingilislər və ermənilər biz türklərə qarşı hər zaman nifrət bəsləmişlərdir.  Torpağımızın bütünlüyünə göz tikmişlərdir. Bu gün dünya siyasətinin gərəyi olaraq bizlər farslara və ruslara qarşı  ” gülərüz” siyasət həyata keçirsək də ,ama heç bir zaman bizə qarşı etdikləri düşmənliyi unutmuruq. Biz unutsaq tarix unutmaz. Çünki Azərbaycan Türklərinin  tarixi  və şəhidlərimizin qanı bu gərçəkləri daşa həkk edər kimi yazmışdır.  Tariximizin ən önəmli səhifələrindən birin də Osmalı Türkləri ilə Azərbaycan Türklərinin ortaq qələbəsi həkk olunmuşdur.

Bu məqaləmdə tariximizin qürür olan Oğuz Türk yurdu Bakının fatehi  Nuru paşadan və Qafqaz Türk İslam Ordusundan bəhs edəcəyəm. Bakın düşmandan azad olmasının 99-cu il dönümü  bu yaxınlarda qeyd etdik bu münasibəti ilə Nuru paşanı ve Qafqaz Türk İslam ordusunu  saygı, sevgi  və minnətlə anırıq.

 

Bakı, Küləklər şəhəri  gözlə Türk yurdudur. Tarixin bütün dönəmlərində düşmənə “yağlı tikə “kimi görünmüşdür. Təbii bunun əsas səbəbi doğal zənginlikləri olan nefti və  təbii qazıdır. Sizlərə də məlumdur ki, Azərbaycanımızın təbii sərvətləri daima rusların,farsaların və avropalıların iştahasını qabartmışdır. Bununla bərabər Bakı və  bütünlükdə vətənimiz Azərbaycan hərbi-statejik və iqtisadi cəhətdən də önəm kəsb edirdi və bu müasir dönəmdə də eyni dərəcədə öz önəmini qoruyur. Başqa bir deyilmə desək Azərbaycanımızın  və Bakımızın təbii sərvətləri və coğrafi mövqeyində gələn özəllikləri səbəbi ilə başı tarix boyu bəlalı olmuşdur.

XX yüzilin ilk yarısında  3 qitəyə hökm etmiş Osmalı Türk imperatorluğu  parçalanmnın eşiyində idi. I Dünya Savaşı  başlamış və Osmanlı Türk dövləti 10 cəbhədə savaşırdı. Ümumilikdə dünyada vəziyyət heç də sabit deyildi. Dünyada baş verən  hadisələr Qafqazalara da təsir etmişdi. 1917-ci ildə Çarlıq Rusiyası  devrildi və idarə Bolşeviklərin əlinə keçdi.(1) Boşeviklərin verdiyi vədə görə  bir çox millətlər kimi     Azərbaycan Türkləri  , gürcülər və hətta bir coğrafiyası olmayan ermənilərdə (2)  belə müstəqil cumhuriyyət qurmaq və müstəqillik abu havasi yüksəlməyə başladı .Çünki Bolşeviklər  hakimiyyətə gəlmədən öncə xalqların öz qədərlərinin öz əllərində olacağını vəd etmişdi. Ancaq heç də gözlənilən kimi olmadı. Bolşeviklər  devrimdən sonra verdikləri sözləri  unutdular və gözlənilənin əksinə daha qəti siyasət həyata keçirildi. Anadolu Türklərinin gözəl bir deyimi var: ” Gələn gedəni  aratır”. Bu deyim” yeni gələn əvvəlkindən də betər olar  ” mənasında söylənir və tam da Çarlıq Rusiyasi ilə Bolşeviklərin siyasətini müqayisəsinə uyğun deyimdir.

Çarı devirən Boleviklərin əmri ilə Qızıl Ordu  bütünlükdə Qafqazı siyasi və idari baxımdan daha ciddi  bir şəkildə  Moskovaya  bağladı. (3). Qafqazlarda hər keçən gün Bolşevik  təziqləri daha çox hiss olunurdu. Azərbaycanda vəziyyət digər Qafqaz ölkələrinə görə fərqli idi. Səbəbi öncədən də qeyd etdiyimiz  kimi  zəngin petrol və doğal qaz qaynaqlarına sahib olması idi. Ümumilikdə Qafqazla əlaqədar hər planın mərkəzində zəngin təbbi sərvətlərə malik olan Türk Yurdu Azərbaycan vardı. Bütün bu səbəblərdən qaynaqlanaraq bölgədə tam bir qarışıqlıq hakim idi. Bir tərəfdən  Bolşevik Rusiyası sömürgəçi siyasətini həyata keçirməyə çalışırdı , digər tərəfdən Avropa ölkləri Azərbaycan  neftindən pay almağa çalışırdı.

Bütün bu xarici təsirlərə bir də  daxildə olan hadisələr qarışdı və Azərbaycanı  yorğun  hala gətirdi. Azərbaycan tarixinin ən qanlı səhifələrindən birində  bəhs etdiyimiz  dönəmdə baş verən soyqırımı həkk olunuşdur.

1918-ci ilin martın ayının sonlarında rus və erməni dəstələri Bakı və  ətrafında qətliamlar törətməyə başlamışdı. Vətənimiz Azərbaycan qan ağlayırdı. Bir tərəfdə ağır silahlara sahib bolşevik rus ordusu və onun dəstəklədiyi  ,, böyük ermənistan,, qurmaq xəyalında olan   erməni çetələri və bu işğalçılara dəstək olaraq gələn ingilis ordusu,digər tərəfdə isə savunmasız,silahsız Azərbaycan Türkləri. Moskvanın silahlandırdığı erməni quldurları daş üzərində daş qoymadı,Türk və müsəlman nüfuza qarşı teror törətməyə başladılar. Qadın ,uşaq,yaşlı ayırd etmədən on minlərlə soydaşımızı qılıncdan keçirdilər və güllələdilər.

Məqsəd çox açıq idi , bölgədən Türk- müsəlman nüfuzu  təmizləmək. Daha dəqiq desək Türkü ,Türkün öz coğrafiyasından silmək.  28-31 mart günləri arasında təkcə Bakıda 17 min günahsız sivil qətl edilmişdi. O günləri Bakıdakı İngilis səfiri ,(ajanı) xəfiyyəsi  Mac Donel  ” Şəhərdə cəsədlərdən başqa demək olar ki, müsəlman qalmamışdı.” sözləri ilə ifadə etmişdi. Xüsusi ilə qeyd etməliyik ki, qətliam sadəcə Bakıda törədilmədi. Şamaxı və Quba başda olmaq üzərə Azərbaycanın bir çox şəhərində sivil  və silahsız insanlar qətl edildi.  Stratejik baxımdan  çox önəmli  yerdə olan  Şamaxı Bakıya   sadəcə 110 km məsafədədir. Bu şəhərdə qətl edilənlərin sayı 8 min  olaraq ifadə edilir.

Sizlərə də məlum olduğu kimi bütün dinlərdə  ibədətxanlar müqəddəs olaraq hesab edilir. İnsani dəyərlərə önəm verən insanlar  işğal etdikləri torpaqlarda ibadətxanalara,kitabxanalara toxunmazlar ama maləsəf insanlıqdan nəsibini almayan ermənilər və onların dəstəkləyicisi olan bolşevik rus ordusu ibadətxanları və kitabxanaları bələ yandirib ,məhv etmişdir.  SİZİN DİQQƏTİNİZ TARİXDƏ TÜRKLƏR TƏRƏFİNDƏN  YÖNƏTİLƏN TORPAQLARDAKI FERQLİ DİNLƏRİN İBADƏTXANALARINA YÖNƏLTMƏK İSTƏRDİM.Çünki Türklər əsla digər etniklərin dinlərinə ,ibadətxanalarına və mədəni önəmi olan əsərlərinə qarşı hörmətsizlik etməmişlərdir. Bu gün İstanbula səfər etdiyinizdə bunu açıq aydin görə bilərsiniz. Eynən Bakıda da kilsələrə və müsəvilərin ibadətxanalarına nəzər yetirməniz kifayət edəcəkdir. Ama bunu tam əksini bütünlükdə Avropada görə bilərsiniz.Hətta üzdən iraq qonuşalarımız ermənilər də də bunun açıq nümunələri vardır. İşğal etdikləri Azərbaycan Türk torpağlarındakı bütün məscidləri xarabalığa çevirmiş, saygısızca yandırmışlardır. O dönəm Şamaxıda da eynən belə etdilər .Silahsız və günahsiz  Azərbaycan Türkləri  Şamaxıda yerləşən  məscidə ermənilərin toxunmayacağını düşünürdülər. Ancaq heç də düşünülən kimi olmadı və minlərcə TÜRK məscitdə yandırılaraq vəhşicəsinə qətl edildi. Eyni ilin termmuz-iyul ayında qurulan Fövqəladə Təhqiqat Komissiyasının raporları- bəlgələri də yaşanan qətliamı gözlər önünə sərmişdir.  Bəhs edilən komissiyanın üzvü albay- polkovnik (rusça)  Andrey Fomiç Novatskinin raporunda bele qeyd edilir. ” Şamaxı qətliamına öndərlik edən quldur dəstəsinin- çetənin rəisi  S. Lalayevin əmri  ilə ilk sırada yaşlılar , qadın və uşaqlar qətl ediləcək , küçələrdəki müsəlmanlar öldürüləcək, məscidlər yandirilacaqdır. Çox sayıda uşaq və qadın məsciddə  gizlənmişdi. Zənn edirdilər ki, məscidin  hörmətli mollası Axund Molla Cəfərə ermənilər toxunmazlar. Ermənilər məscidə girərərk  Axundun gözlərini oydular ,dilini ,burnunu  və qulaqlarını kəsdilər, sonra isə güllələdilər. Axundun evində və məsciddə gizlənmiş olan bütün  qadın və körpələri qətl etdilər. Şamaxıda  erməni dəstələri toplam 58 kəndi ,  8 min  Azərbaycan Türkünü  qətl etdilər.

Qubada törədilən qətliamın  da nəticələri ağır oldu.  Qubada 122 kənd 26 məscid və onlarca məktəb yerlə bir edildi. Çoxu qadın, uşaq  və  yaşlı olmqla 16 min Azərbaycan Türkü qətl edildi. Bu acımasız qətliamın izlərini  silmək  üçün  şəhid  edilmiş minlərcə insanın cəsədi toplu məzarlara gömüldü – basdırıldı.

Sonradan  Qubada ermənilər tərəfindən qətl edilən  insanların anısına- xatirəsinə  abidə ucaldıldı. Bu  abidənin divarlarında  erməni vəhşiliklərini açıq -aydın yansıdan təsvirlər əks edilmişdir. Həqiqətən bu təsvirlər də əks olunana mənzərələr(vəhşiliklər) insanın qanını donduruacaq dərəcədə vəhşət doludur.

Bütün bu qətilləedən və zülmdən qaynaqlanaraq Azərbaycan Türk yurdunun gücü tükənmək dərəcəsinə gəlmişdi.  Amma Azərbaycan Türkləri ümidsiz deyildi. Erməni-rus quldurlarının gözü isə Türk qanına doymurdu.  Türk qanına doymayan düşman Anadolu Türklərinə qarşı etdiyi vəhşiliyi eyni ilə Azərbaycan Türklərinə qarşıda törədirdi. Hal belə olunca Azərbaycanın öndə gələn aydınları qərar verdilər ki, qardaşdan yardım istəsinlər. Osmanlı Türk İpmeratorluğundan yardim istəmək məqsədi ilə Məmməd Əmin Rəsulzadənin  rəhbərliyi  ilə bir heyyət İstanbula səfər etdi. Ənvər paşa və  Sultan Mehmet Reşat hanla görüşdülər. Ancaq vəziyyət hər zaman olduğundan daha çətin idi. Osmanlı Türk dövlətinin Qafqaza ordu  göndərməsi sadəcə ruslara deyil, ermənilərə ,ingilislərə  qarşıda savaşması demək idi. Ayrıca  I Dünya Savaşında Osmanlı dövlətinin ” müttəfiqi” Almanya da  Türklərin  Qafqazda güclənməsini  istəmirdi. Yəni Osmanlı dövləti qardaş Azərbaycan yardım etməklə dünyanın “siyasi gücləri”nin istəklərinə qarşı çıxmış olacaqdı. Osmanlı Türk dövləti bu şərtlər altında belə Azərbaycan Türkü  qardaşlarına gərəkən yardımı etmək qərarına gəldi.  Avropalıların və rusların deyimi ilə ” xəstə adam”-Osmanlı Türk İmperatorluğu bu yardım istəyini qarşılıqsız buraxmadı.

Sizlərə  bildirmək istərdim ki, Rusların xüsusi  ilə   İmperator I. Nikolay tərəfindən ard-arda gələn savaşlar nəticəsi ilə topraq itirən və Avropa’nın mali nəzarətinə keçmiş olan Osmanlı İmperatorluğuna ” “xəstə adam” adı verilmişdi.  Nikolayın  Sankt-Peterburqda 9 ocak-  yanvar       1853-cü il tarixində dilə gətirdiyi deyim belə idi “Qollarımız arasında xəstə, ağır xəstə bir adam var.”(4) Sonradan bu uydurulmuş ” xəstə adam” adına 12 may, 1860-ci ildə “The New  York Times ” tərəfindən “avropanın” hissəsi əlavə edilərək ”  avropanın xəstə adamı” şəklində yayılmışdır. (5). Maraqlısı budur ki, “xəstə adam” deyiminin sahibi, Çar I. Nikola, Kırım Savaşı sırasında öldü, yenə bu savaşda Osmanlını “xəstə adam “olaraq dəyərləndirən Rusiya Osmanlı’ya yenildi. Həm də  öncədən qeyd etdiyimiz kimi Çar’ın Rus İmparatorluğu, “xəsdə adam “dediyi Osmanlı’dan öncə, 1917-ci ilə  çökdü. (6) I Dünya Savaşında da  müttəfiqlər.Osmanlını ağıllarınca kiçiltmək üçün(7) ” boğazın xəstə adamı” deməyə davam etmişlərdir. (8).

Beləliklə Azərbaycan Türklərinin yardım istəyini tərəddüt etmədən qəbul edən Osmanlı Türk dövləti  Azərbaycanımızı düŞmən işğalından qurtarması üçün Qafqaz İslam Ordusunu görəvləndirdi.(9)
AYNUR TALIBLI.

Tarix və mədəniyyət araşdırıcısı
istanbul. 2017

 

(Davamı var)

 

İstifadə edilən mənbələr:


  1. TRT . KAFKAS İSLAM ORDUSU.belgesel,muhbir Emrah Timurçin Yazıcı.

  2. BAKÜ’NÜN KURTARILMASI UĞRUNA TÜRK DİPLOMASİSİNİN MÜCADELESİ: 1918 YILI. Bakü Devlet Üniversitesi, Azerbaycan. B Avrasya Dosyas›, Azerbaycan Özel, ‹lkbahar 2001, Cilt: 7, Say›: 1, s. 18

 

  1. Kafkas İslam Ordusu-Bakü. TRT.AVAZ  15 EYLÜL 2015.

  2. Hasan Tahsin Fendoğlu (2002). “Osmanlı-Amerika ilişkileri, 1786-1929”. Beyan. ss. s. 238.
  3. Austria in Extremis (İngilizce). The New York Times. 12 Mayıs 1860. Erişim tarihi: 13 Kasım.
  4. ” Osmanlı’ya ” hasata adam” sıfatını kim takmıştı? ” isimli makaleden   Sedat Uyar / dünyabülteni
  5. “Modernization of Turkey” (İngilizce). The American Forum for Global Education. 27 Mayıs 2015                    tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 13 Kasım.
  6. Ali Osman Öztürk (2000). “Alman oryantalizmi”. Vadi Yayınları. ss. s. 74.73..
  7. TRT . KAFKAS İSLAM ORDUSU.belgesel,muhbir Emrah Timurçin Yazıcı.

 

P.S. Hə zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!

 

mersin escort