İsrail İranı vurdu – Təcili

İsrail qırıcıları Suriyadakı İrana məxsus hərbi hissəni vurub.

Müstəqil.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu haqda İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

Qəzet bildirib ki, Livan hava sahəsindən istifadə edən İsrail qırıcıları Dəməşq yaxınlığındakı Kisva şəhərində İrana məxsus hərbi obyektə zərbələr endirib. Obyekt Dəməşqdən 13 kilometr aralıda yerləşir.

Təyyarələrin zərbəsindən sonra şiddətli partlamalar meydana gəlib.

Suriya İnsan Haqları Təşkilatı isə partlayışlardan sonra Dəməşqr və ətrafında elektrik enerjisinin kəsildiyini qeyd edib.

Bombardumanla bağlı Suriya və İran tərəfi açıqlama verməyib. İsrail rəsmləri isə bu xəbəri şərh etməkdən imtina edib.

Qeyd edək ki, BBC yaxın dövrlərdə Kisvada İrana aid hərbi obyekt inşa ediləcəyi haqda xəbər yaymışdı.

 

Müstəqil.Az

mersin escort