Rza Zərrab rüşvət verdiyi məmurların siyahısını açıqladı (YENİLƏNDİ)

Nyu-Yorkda məhkəməsi keçirilən milyarder Rza Zərrab bugünki ifadəsində həyatına təhlükə olduğunu və bu üzdən mühafizəçilərlə prosesə gəldiyini bildirib.

Müstəqil.az Teleqraf.com-a istinadən xəbər verir ki, İrana qarşı sanksiyaları pozmaqda ittiham olunan Rza Zərrab bu gün məhkəməyə məhbus paltarında deyil, mülki geyimdə gətirilib. O, məhkəmədə “Xalqbank”ın keçmiş rəhbərinin müavini Hakan Atillaya qarşı şahid qismində ifadə verib.

Rza Zərrab qeyd edib ki, ötən prosesdə hakim onun məhbus geyimində məhkəməyə gətirilməsindən narahatlığını ifadə edib: “Vəkillərim hakimin geyimlə bağlı razılığını mənə dedilər. Ancaq bu, heç bir anlam kəsb etmir. Mənə heç bir söz verilməyib”.

Rza Zərrab həbsxanada olarkən təhdid olunduğunu bildirib: “Buna görə də təhlükəsizliyim təmin edilib”.

***

Hakimin “Xaqbank”da tətbiq etdiyiniz sistemi başqa bir ölkədə də tətbiq etdinizmi” sualına Zərrab “bəli, Çində bunu tətbiq etmişik” cavabını verib.

Zərrab həbsdə olan bankir Hakan Atillaya heç vaxt rüşvət vermədiyini, Atillanın belə bir tələbinin olmadığını bildirib.

Zərrab qeyd edib ki, nazir Zəfər Çağlayana rüşvət kimi bahalı saat da hədiyyə edib. O, nazirə çatacaq puldan 2 milyon dolları Süleyman Aslana verdiyini deyib: “Süleyman Aslana rüşvət vermək Zəfər Çağlayana rüşət verməkdən daha önəmli idi. Çünki işlər Süleymanın vasitəsilə həll olunurdu. Süleyman Aslana dedim ki, əl-əli yuyar, əl də üzü. (Tərcüməçi bu deyimi çətinliklər məhkəmə heyətinə izah edib – red)

İranlılar tərəfindən verilən beynəlxalq maliyyə əməliyyatlarına dair təlimatları yerinə yetirmişəm. İranlılar “Xalqbank”dan təlimatı yerinə yetirməsini tələb edirdi. Bank təlimata əməl edəndə mən bitərəf qalırdım.

***

R.Zərrab əlavə edib ki, Zəfər Çağlayanın xəbəri olmadan heç bir addım atılmayıb: “Süleyman Aslana rüşvət vermək üçün Zəfər Çağlayanın razılığı lazım idi”.

“Pulları niyə türk lirəsi şəkilində saxlayırdınız” sualına Zərrab belə cavab verib: “ABŞ maliyyə polisi dollarla olan əməliyyatları izləyir. Pullar avroda saxlansaydı tez-tez Avropaya getməli idi. Ən yaxşısı türk lirəsi idi. Beynəlxalq maliyyə nəzarəti qurumları fəaliyyətimi izləyə bilmirdilər”.

R.Zərrab Hindistandan “Xalqbank”a pullar köçürüldüyünü etiraf edib: “Hindistandakı şirkətin adına “Xalqbank”da hesab açdırdım. İrandan neft alan hind şirkəti pulu həmin hesaba köçürürdü. Daha sonra “Xalqbank”dakı hesabdan pul başqa bir banka köçürülürdü və mən həmin pulu nəğd şəkildə üçüncü bankdan götürürdüm ki, izlər itsin”.

Zərrab İrana qarşı sanksiyaların Hindistanla yanaşı, Çin, Koreya, Yaponiya və İtaliya tərəfindən də pozulduğunu deyib.

***

Məhkəmədə Zərrabın Rüçhan Bayar adlı şəxslə telefon danışıqları açıqlanıb.

Zərrab Bayara bildirib ki, Çin banklarındakı mənbələr “Xalqbank”dakı əməliyyatların Çində aparılmasına icazə verməyib: “Çində işləmək Türkiyədən daha çətin idi. Çünki İranla əməkdaşlıq məsələsində narahat idilər.

Zərrabın Barış Gülərlə Vatsap danışıqları da məhkəmədə açıqlanıb: “Daxili işlər nazirinin oğlundan yardım istədim. Nazir Muammer Gülərin Barış Gülər şirkətimin danışmanı idi.

Məhkəmə prosesindən reportaj hazırlayan amerikalı jurnalist Katie Zavadski tvitterdə qeyd edib ki, məhkəmədə tez-tez tərcümə problemləri yaşanır.

mersin escort