Suriya hərbçiləri İŞİD-in anbarında ABŞ və Avropa ölkələrinə məxsus silahlar tapıb

Suriya hərbçiləri İŞİD-in Deyr ez-Zordakı anbarda ABŞ və Avropa ölkələrinə məxsus silahlar tapıblar. 

Xəbərdə bildirilir ki, terrorçulardan azad edilmiş Deyr ez-Zordakı anbarda İŞİD-in silahların ABŞ və Avropa ölkələrinə məxsus olduğu aşkarlanıb. Səhra komandirlərindən biri agentliyə bildirib ki, Əl-Aşar, Sübeyhan və Salihiyə rayonlarındakı anbarlarda yüngül və ağır silahlar tapılıb. Onların arasında Qərb öllkələrində hazırlanmış müxtəlif mərmilər var.

Xatırladaq ki, oktyabrda da Əl-Məyadinin azad edilməsi əməliyyatına rəhbərlik edən briqada generalı Həsən Süheyl bildirmişdi ki, Suriya hərbçilərinin ələ keçirdiyi İŞİD-in iri anbarında NATO-nun yeni silah nümunələri aşkarlanıb.

Müstəqil.Az

mersin escort