PUTİNİN qızı olduğu iddia edilən məşhur rəqqasə…-VİDEO

Ailə üzvlərinin kimliyini sirr kimi saxlayan Rusiya prezidenti Vladimir Putinin 3-cü qızı haqqında illərdir davam edən iddialara yenisi də əlavə edilib.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, onun ən kiçik qızının rəqqasə və elm adamı Katerina Tikonova olduğu bildirilib.

Dünya Rock’n Roll Federasiyasının hüquq məsələlərindən cavabdeh olan Manfred Mohab “Reuters” agentliyinə verdiyi açıqlamada Tikonovanın Putinin qızı olduğunu bildiyini deyib. Lakin müsahibə çıxdıqdan sonra Mohab agentliyə zəng vuraraq dediklərini təkzib edib və onlar haqqında heç bir şey bilmədiyini söyləyib. O, “Putinin qızı Tikonovanı tanıyırsınızmı” sualına cavab verərkən ətrafda həddən artıq səs-küy olduğunu, buna görə sualı tam başa düşmədiyini deyib.

31 yaşlı Katerinanın rəqqasə yoldaşları isə onun atasının Putin olduğunu təsdiq ediblər.

Kreml və Katerina isə mövzu ilə bağlı hələ ki, açıqlama verməyiblər.

 

Müstəqil.Az

mersin escort