Prezident iqamətgahından möhtəşəm görüntülər…

Amerika prezidenti Donald Trampın xanımı Ağ Evi Yeni İl üçün bəzəyib.

Müstəqil.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın birinci xanımı Melaniya Tramp Ağ Evdə Yeni İl hazırlıqlarına indidən başlayıb. Bu il prezident iqamətgahının bəzədilməsində qızılı, gümüşü, ağ, yaşıl və qırmızı rənglər, minlərlə parlaq zərlər, o cümlədən süni qardan istifadə edilib.

Ağ Evdə, Mavi zalda quraşdırılan əsas yolka ağac 5.5 metr hündürlüyündədir. Ondan əlavə, Ağ evin müxtəlif otaqlarında daha 52 yeni il ağacı qurulub.

Dekabrda prezident iqamətgahında təxminən yüz bayram tədbiri keçiriləcək. Stolun baş bəzəyi 136 kiloqram çəkisi olan Ağ Ev pryaniki olacaq. Həmçinin Ağ evə gələnləri zəncəfilli peçenyeyə qonaq edəcəklər, yeri gəlmişkən, ondan 31 min ədəd bişirilib.

Ağ evin mətbuat katibinin sözlərinə görə, modapərəstlərin sevimli stil ikonası – Melaniya yeni il bəzəklərini şəxsən özü seçib və dekorasiyanın bütün incəliklərinə qədər özü düşünüb.

Melaniyanın Yeni İl çəkilişi üçün seçdiyi süd rəngli midi libası “Christian Dior” moda evindəndir.

Müstəqil.AZ

mersin escort