Güzgüləri oğurlayıb su qiymətinə satdı – Əməliyyat

Bakının Nərimanov rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Müstəqil.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla noyabrın 4-nə keçən gecə Ə.Dəmirçizadə küçəsində Bakı şəhər sakini Zaur Kazımzadəyə məxsus “Audi“ markalı avtomobilin yan güzgülərinin oğurlandığı müəyyən edilib.

 

Oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar İsmayılovun ətrafında aparılan tədbirlərlə onun noyabrın 10-dan 20-dək olan müddətdə rayon ərazisində daha 2 “Audi” və 1 “Volksvagen” markalı avtomobillərin yan güzgülərini sökərək oğurlaması da müəyyən edilib.

Saxlanılan şəxs oğurladığı güzgüləri dəyərindən dəfələrlə ucuz qiymətə işlənmiş avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olan emalatxanalara satdığını bildirib.

Müstəqil.Az


mersin escort