Facebook süni intellekt vasitəsilə intihar riski daşıyanları aşkar edəcək…YENİLİK

Feysbuk şirkəti süni intellektin xidmətlərindən istifadə edəcək.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, şirkət proqramadakı paylaşımların süni intellekt vasitəsilə intihar riski daşıyıb-daşımadığını yoxlayacaq.

Yeni süni intellekt texnologiyası intihar düşüncəsi daşıyıb-daşımadığını anlamaq üçün bütün paylaşımları analiz edəcək və lazım gəldiyində risk altında olan istifadəçilərə dəstək göndərilməsini təmin edəcək.

Hazırda ABŞ-da sınaqdan keçirilən yeni metod fərqli məqsədlərə xidmət edə biləcəyi üçün böyük mübahisə yaradıb. Çünki şirkətin istifadəçilərinin şəxsi məlumatlarını gizləmək mövzusunda böyük probelmləri və çatışmazlıqları var.

“VikiLiks” haker saytının qurucusu Yuliyan Assanj tvitter hesabında feysbukun yeniliyi ilə bağlı paylaşım edib. O, “Feysbuk ilk süni intellekt dəstəkli düşüncə cinayəti modulunu dövriyyəyə buraxır” yazıb.

Tətbiqin Ümumi Məlumat Qorunması İdarəçiliyi səbəbilə Avropa İttifaqına daxil olan ölkələrdə istifadə edilməyəcəyi, ancaq digər bütün ölkələrdə tətbiq ediləcəyi bildirilib.

 

Yeni xüsusiyyət istifadəçilər tərəfindən ləğv edilə bilinməyəcək. Şirkətin qurucusu Mark Zukerberq isə süni intellektin gələcəkdə həssas dil nüanslarını anlaya və intiharlar xaricində, şiddət, nifrət kimi fərqli mövzuları ayırd edə biləcəyini deyib.

 

Müstəqil.Az

mersin escort