Cocuq Mərcanlıda TM-62 minasının gücləndiricisi tapılıb (FOTO)

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində 1 ədəd partlamamış hərbi sursat tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, gün ərzində kənddə 56 995 kv.m (5.70 ha) ərazi tam təmizlənib, 20 200 kv.m (2.02 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 77 195 kv.m (7.72 ha)), 1 ədəd partlamamış hərbi sursat (TM-62 minasının gücləndiricisi) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

Cəmi 12 gün ərzində 9 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 300 230 kv.m (30.02 ha) ərazi tam təmizlənib, 86 900 kv.m (8.69 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 387 130 kv.m (38.71 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 28 Noyabr 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 15 otlaq sahəsinə, 18 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 hərbi şəhərciyə, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 170 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, avtopark ərazisinə, su arxına, Daş bazarının yaxınlığına, Gəncə 2 saylı təcridxananın qarşısına, Norm Sement zavodunun ərazisinə, STP MMC-ə məxsus metal əritmə zavodunun ərazisinə, Qarqar və Qoşqar çaylarının sahilinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, ″Röyal Park″ yaşayış massivinə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, meşə zolağına, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, beton zadonun ərazisinə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 7 528 ədəd partlamamış hərbi sursat, 204 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 5 140 472 kv.m ərazi (1 002 438 kv.m əl ilə, 1 694 040 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 330 994 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Müstəqil.Az

Share

mersin escort