İrəvandan sonra bunu Bakı da imzalayacaq – Trofimçuk

Moskva Yanukoviçə mane olmasaydı, indi o da Sərkisyan kimi hakimiyyətdə idi.

Müstəqil.Az Axar.az-a istinad edərək  xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı politoloq Qriqori Trofimçuk paylaşıb.

“Əgər Moskva Yanukoviçə Sərkisyana bu gün olduğu kimi 2013-cü ildə Ukrayna və Avropa Birliyi arasında assosiasiativ razılaşmanı imzalamağa mane olmasaydı, o, hələ də prezident olaraq qalırdı. Rusiyanın özü isə demək olar ki, bütün dünya ilə müddətsiz müharibəyə başlamayacaqdı. Bu müharibə indi Ermənistanla Avropa Birliyi arasında sakit və rahat imzalanan hərtərəfli, genişləndirilmiş assosiasiyaya təsir edir. Xüsusilə artıq bunu rahat şəkildə Bakı və Minsk də imzalaya biləcək”, – deyə o bildirib.

Qeyd edək ki, dünən Ermənistanla Avropa Birliyi arasında hərtərəfli və genişləndirilmiş əməkdaşlıq razılaşması imzalanıb.

İlkin

mersin escort