Xeyriyəçi baş həkim – Dr. Şahrud Əhmədov

Dr. Şahrud Əhmədov – 1980-ci ildə Cəlilabad rayonunda həkim ailəsində dünyaya gəlib.

1997-2003-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsində təhsil alıb, 2003-2004-cü illərdə A.T.Abbasov adına Bakı şəhər Onkoloji Dispanserində internatura kecib, 2004-2006-cı illərdə ATU-nun Onkologiya kafedrasında kliniki ordinatura, 2006-2009-cu illərdə ATU- nun Məhkəmə Təbabəti kafedrasında aspirantura təhsili alıb, alimlik dərəcəsi almaq ucun dissertasiya işini müdafiə edib. 2006-cı ildən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsində məhkəmə tibb eksperti vəzifəsində çalışır, həmçinin 2010-cu ildən ATU-nun məhkəmə təbabəti kafedrasında müəllimdir. Mütəmadi olaraq xeyriyyə tədbirləri təşkil edərək, köməksiz insanlara yardım əlini uzadıb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tibb Universiteti Komitəsinin sədridir.
2010-2015-ci illərdə ikinci təhsil olaraq Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq təhsili alıb. Hazırda Stimul Hospitalda baş həkim vəzifəsində çalışır. Ailəlidir, iki ovladı var.

Müstəqil.Az

mersin escort