Putin Trampla telefonda nədən danışıb? – Ağ Ev RAZILAŞMIR

Rusiya prezidenti Vladimir Putin Bəşər Əsədlə Soçidə görüşün ardından ABŞ prezidenti Donald Trampla telefon əlaqəsi yaradıb. 1 saata yaxın davam edən telefon danışıqlarında Suriya mövzusunun müzakirə edildiyi qeyd edilsə də, yeni yayılan məlumatlar bunu təkzib edib.

Müstəqil.Az  xəbər veri ki, noyabrın 22-ə Soçidə 3 nəhəng dövlətin (Türkiyə, Rusiya, İran) liderləri arasında təyin edilən üçtərəfli sammitdən əvvəl Putin Trampla telefon əlaqəsi yaradıb.

Ağ Evin yaydığı rəsmi açıqlamaya görə, 1 saata qədər davam edən danışıqlar zamanı Suriya lideri ilə görüş mövzusuna toxunulmayıb:

“Liderlər Soçi görüşü barədə söhbət etməyiblər. Putin Trampla Soçidə keçiriləcək üçtərəfli sammit və Suriya məsələsinə dair heç bir fikir mübadiləsi aparmayıb”.

Xatırladaq ki, prezidentlər arasında telefon danışığı noyabrın 21-də baş tutub. Prezidentlərin Suriya, İran, Əfqanıstan, Şimali Koreya və Ukrayna problemlərini müzakirə etdikləri yazılmışdı.

mersin escort