Atatürk Hava Limanındakı terroru planlaşdıran “Tək qol” öldürüldü – FOTO\VİDEO

46 nəfərin öldüyü Atatürk Hava Limanındakı terroru planlaşdıran “Tək qol” ləqəbli Əhməd Recepoviç Çatayev Gürcüstanda öldürülüb.

Müstəqil.Az xəbər verir ki, Gürcüstanda 17 saat davam edən anti-terror əməliyyatı çərçivəsində 3 çeçen vətəndaşının öldürüldüyü bildirilib. Onların arasında Ə.R.Çatayevin də olduğu qeyd olunur.

Çatayev 2012-ci ildən İŞİD terror qruplaşmasının üzvü olub.

Məlumata görə, o, 2000-ci illərdə Rusiyada həbs olunub. Həbsdə olarkən qanqrena olan sağ qolunu kəsiblər. Bundan sonra o, “Tək qol” ləqəbi ilə tanınmağa başlayıb. 2003-cü ildə Çatayev həbsdən qaçıb. Daha sonra 2012-ci ildə Dağıstanda keçirilən anti-terror əməliyyatı zamanı onun sol ayağını da itirdiyi deyilir.

mersin escort