Qadınları sevmək fərqli hisslərə sahib olmaq deməkdir – Tural Balabəyli

Qadınlar – Esse

Qadınları sevmək fərqli hisslərə sahib olmaq deməkdir. 
Gözəl sevmək üçün mütləq şəkildə gözəl qadın tapmaq şərt deyil.
Sevəcəyin qadını tanımadan ona vurula bilərsən.
Bunu özünə sənə qırağdan necə tanıtmasından asılıdır.
Sevəcəyin qadın səninlə arasına məsafə qoyursa bu sənə güvənmədiyi üçün deyil, bu sənin ona verəcəyin reaksiyanı öyrənməsi üçündür.
Tələsməyən qadınlar ən güclü qadınlardır. 

Bəlkə səndən əvvəl tələsdikləri üçün, bəlkə də itirdikləri üçün. 

Səni qıraqdan izləyən qadınlar hər zaman gözəl sevirlər. 

Sənə bağlılıqlarını dilə gətirməyən qadınlar əslində sənə, sənin ona bağlanacağından daha çox bağlanmış olurlar. 

Qadın səninlə göz-gözə gəldiyində başını aşağı salıb, nazını çəkməyini istəyirsə demək ona görə dəyərlisən. 

İlk baxışda ona necə baxmağınız belə onlar üçün vacibdir.

Yorulub, yolundan dönən kişiləri sevməz qadınlar. 

Qadınlar sizə siz onlara baxdığınız zaman əsla baxmazlar, amma bu o demək deyil sizi heç zaman izləməzlər.

Sevən qadınlar onlara bahalı hədiyyələr əvəzinə xoş sözlər deyildiyi zaman sevincli olarlar…

Və ən əsası bir qadını bir kişi əlçatmaz hiss edə bilirsə o qadın hər zaman sevilməyə layiqdir. 

Əslində bütün qadınlar zirvədə yerləşirlər, əlçatmaz adlansalar da, onları fəth etmək kişilərin əlindədir…

Tural Balabəyli

mersin escort