Heyvanlarla qalan azyaşlı hamını təəcübləndirdi – FOTOLAR

Hazırda küçədə oyun oynayan, sahildə gəzən, məhəllədə dostlarları ilə oynayan uşaqlar öz bacarıqlarını biruzə verirlər. Fransız fotoqrafları Alen Deqrenin və Silviya Robertin qızları Tippi Deqrenin hekayəsi sizi çox təəcübləndirəcək. Bir uşağın tək qalarkən vəhşi heyvanlarla dil tapması doğrudan da inanılmazdır. Bu gün Tippi Deqrenin 27 yaşı tamam olur. O, doğrudan da bunu bacarıb.
Tippi Deqre 1990-cı ildə dünyaya gəlib. Atası və anası vəhşi həyat fotoqrafı olub. 10 yaşına qədər ailəsiylə birlikdə Cənubi Afrikanın ucsuz-bucaqsız təbii yaşayış sahələrində, vəhşi heyvanlarla və yerli qəbilələrlə birlikdə yaşayıb.
10 yaşından sonra təhsil almaq üçün ailəsi tərəfindən Fransaya gətirilən Tippi yaşadığı o mühitdən sonra şəhər həyatına öyrəşməkdə xeyli çətinlik çəkib. Bu gün 27 yaşında olan Tippi Fransada yaşayır. O, diplomunu aldıqdan sonra vəhşi təbiətə qayıdıb araşdırma aparmaq istəyir.
Moderator.az xarici mediaya istinadən Tippi Deqrenin vəhşi heyvan və qəbilələrlə maraqlı fotolarını təqdim edir.
 
mersin escort