Bakıda sərnişin avtobusu ağır qəzaya düşdü: yaralılar var

Bakıda yük maşını ilə sərnişin avtobusu toqquşub.
Müstəqil.az Lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində, Bakı-Qazax magistralının 16-cı kilometrliyində “Hovo” markalı, 99 DH 408 dövlət qeydiyyat nişanlı yük avtomobili, “İsuzu” markalı, 90 JX 895 nömrəli sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobusda olan 2 qadın və 2 kişi sərnişin ağır xəsarət alıb.
Bildirilir ki, qəza yük maşınının sürücüsünün ehtiyatsızlığı səbəbindən baş verib. Avtobus yol kənarında dayanarkən arxadan gələn yük maşını ara məsafəsinin düzgün seçilməməsi səbəbindən şirkətlərdən birinə məxsus olan və işçiləri daşıyan avtobusa çırpılıb.
Araşdırma aparılır.

mersin escort