Türk səfirliyi dolandırıcını qorudu?- Müəmma

 

Onsuz da qanım qara idi.  Səhər yuxudan ayılıb Feysbuk səhifəsində elə belə də yazmışdım: Səhər açıldı, gedirəm qocalmağa.

 

Dostlarım yenə də Turalla hansısa fikir ayrılığımın olmasından şübhələnmişdilər, zarafatla yazmışdılar: axırda özünü öldürəcəksən, Allah Turala insaf versin… Ürəyimdə, Allah insaf verir e, Tural götürmür demişdim, amma onu da qeyd etmişdim ki, halımın belə pəjmürdə olmasında Turallıq bir şey yoxdur… Qanımın qara olmasının səbəbi özümlük olsun…

Həm də “Türkün türkdən başqa dostu yoxdur” deyiminin də həmişə düzgün olmadığı qənaətinə o gün bir daha gəlmişdim.
İstanbulda fəaliyyət göstərən “Royal shipp”-inqin üşlər müdürünün yardıçmısı kimi özünü qələmə verən bir dolandırıcı, dostumun yaxın qohumunu şirkətlərinin gəmilərində işlətmək üçün İstanbula dəvət etmişdi. Mənimlə aparılan danışıqlar və məsləhətləşmələrdən sonra gənc dənizçimizin dünya sularına çıxması üçün açılan qapının gerçəkliyinə inanmışdım. İnanmama səbəb həm də o olmuşdu ki, dolandırıcı Türkiyə səfirliyində yaxın dostlarının olmasını demiş və hər hansı bir çətinlik olarsa onlar müraciət edə bilməmizi də təkidlə israr etmişdi. Beləliklə, təyyarəyə bilet alınmışdı, gənc dənizçi saat 16:55 də İstanbula uçmuşdu. Ortada işi düzüb qoşduğu üçün dostumun qohumu üçün verəcəyi 2.000 manatı dollara çevirib göndərmək mənə həvalə olunmuşdu və mən Abdulhalil Korkmaza cəmi 600 dollar göndərmişdim; Müsafirini qarşıla, müqvilə imzalansın, ardını göndırərik, – demişdim.
Abdulhalil Korkmaz vicdanını, şərəfini mənim Cəlilabadın küçələrində öyrəndiyim və bu vaxta qədər yeri gəldikdə işlətdiyim ən dürlü söyüşlərin hamısını suçəkən kimi özünə çəkmişdi. Telefonu qapatmışdı, məni FB dən silmişdi, gənc dənizçimizir Atatürka hava limanında qarşılanmamışdı. … Özüm özümdən və hər gün səsləndirilən türkçülük şüarlarından bezdim sanki. Bu şüarlar başımızın üstündə qara arvad yaylığı kimi əsdirən bəzi nakəslrdən də incidim.

Amma  özümə təskinlik də verdim: Cinayətkarın milləti olmur. Meşə çaqqalsız olmaz.. Bəlkə də bu dolandırıcı  heç türk deyil,  Türkiyənin içərisində oturuşmuş və bu ölkəyə həqarət edən digər kəsimlərdir… ermənidir, yəhudidir, nə bilim moltanıdır, monqoldur, hər halda kimdirsə… çox  bacarıqlıdır.

Axı sevmişik bu ölkəni. Sevirik bu ölkəni. Axı bu milləətə, bu ölkəyə olan xiffətə görə, sevgiyə görə neçə-neçə aydınlarımız məhv edilib, gedər – gələzə sürülüb. Nədən bir dolaandırıcya görə bu sevgidən, bu doğmalıq hissindən özümüzü məhrum etməliyik?
Amma belə də qalmamalıdır axı, onsuzda Türkün dostundan çox düşməni var, bizi özümüzə düşmən edə bilərlər. Qarşısı alınmalıdır. Bu böyük dostluğun qardaşlığın varlığı çoxlarını sarsıdır. Kömək etmək gərəkdir. Araşdırma apardım, məlum oldu ki bu dolandırıcının ilk işi deyil. Türk səfirliyində oldum. Olayla bağlı bəhs etdim. Böyük bir binanın dağılmasına bəzən kiçik bir detalın səhv quraşdırılması səbəb ola bilir, belə insanlar çoxdur, elə Abdulhalil Korxmaz qorxmadan 4-5 nəfər dənizçini bu adla aldadıb, pulunu alıb.
Səfirlik təəssüf etdi, amma gedin polisə deyin, dedi. Ərizəmizi, şikayətimizi dinləsələr də almadılar. Axı hadisəsdən heç 10 saat da keçməmişdi. Dolandırıcının adı, soy adı məlum, girdiyi bankada video görüntüsü ola bilirdi…
Əfsus… Səfirlik iki ölkənin bir millət olan vətəndaaşlarına yardım etmədi… Dolayısı yolla Türk səfirliyi dolandırıcını qorudu, hifz elədi…
Bu mənə Türkə, türkçülüyə olan sevgimi heç də azltmadı. Əksinə, daha çox sevgimin olmasını tövsiyyə etdim.
İçərimizdə olan alaqları təmizləmək üçün…

Faiq Balabəyli

mersin escort