Ermənilər 4 günə nə qədər vəsait topladı?

<h2></h2> <div> <strong>Dünya ermənilərini birləşdirən “Ayastan” fondunun noyabrın 15-dən 19-dək Fransada keçirdiyi telefon marafonun nəticələri açıqlanıb.</strong> Novator.az-ın məlumatına görə, aksiyada “Ayastan” fondunun Fransa, Almaniya, İsveçrə və Yunanıstan filialları iştirak edib. Dağlıq Qarabağa kömək marafonuna 4 gün ərzində 9 min 900 erməni ailəsi və təşkilatı qoşulub, 1 milyon 230 min avro yığılıb. Parisdə keçirilən aksiyaya Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan da qoşulub. 1992-ci ildə yaradılmış “Ayastan” fondu indiyədək Ermənistanda və Dağlıq Qarabağda müxtəlif layihələrin gerçəkləşdirilməsi üçün 330 milyon dollar vəsait toplayıb, onun keçirdiyi aksiyalara 700 min nəfər qoşulub. “Ayastan” fondunun Himayəçilik Şurasına Ermənistan prezidenti başçılıq edir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi 25 ilə yaxındır işğalçı rejimin nəzarə

Dünya ermənilərini birləşdirən “Ayastan” fondunun noyabrın 15-dən 19-dək Fransada keçirdiyi telefon marafonun nəticələri açıqlanıb.

Novator.az-ın məlumatına görə, aksiyada “Ayastan” fondunun Fransa, Almaniya, İsveçrə və Yunanıstan filialları iştirak edib. Dağlıq Qarabağa kömək marafonuna 4 gün ərzində 9 min 900 erməni ailəsi və təşkilatı qoşulub, 1 milyon 230 min avro yığılıb. Parisdə keçirilən aksiyaya Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan da qoşulub.

1992-ci ildə yaradılmış “Ayastan” fondu indiyədək Ermənistanda və Dağlıq Qarabağda müxtəlif layihələrin gerçəkləşdirilməsi üçün 330 milyon dollar vəsait toplayıb, onun keçirdiyi aksiyalara 700 min nəfər qoşulub.

“Ayastan” fondunun Himayəçilik Şurasına Ermənistan prezidenti başçılıq edir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi 25 ilə yaxındır işğalçı rejimin nəzarətindədir. Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağdan əlavə 7 rayonu zəbt edib.

mersin escort