“Azərsu” qazdı, torpaqlayıb “istifadəyə” verdi – Açıqlama

Əhməd Rəcəbli prospekti ilə Əliyar Əliyev küçəsi arasındakı 2 aya yaxındır aparılan qazıntı-təmir işləri sözügedən yoldan istifadə edənlərə problem yaradır. Gediş-gəlişi çətinləşdirən qazıntı işləri artıq başa çatsa da, hələ də asfaltlanmayıb və bu da sürücülərə ciddi problem yaradır.

Sözügedən yolda qazıntı işlərini həyata keçirən Azərsu ASC-nin mətbuat xidmtinin rəhbəri Anar Cəbrayıllı məsələ ilə bağlı Axar.az-a bildirib ki, işlər hələ tam başa çatmayıb:

“İşlər demək olar ki, yekunlaşmaq üzrədir. Qazıntı aparılan yerlər doldurulub və son olaraq kipləşdirmə işləri aparılır. Kiçik bir yerdə xırda bir iş qalıb, yağış barmaqlıqları qurulacaq. Bununla da bütün işlərimiz yekunlaşacaq. İşlər yekunlaşan kimi “Azəravtoyol”a məlumat veriləcək”.

A.Cəbrayıllının sözlərinə görə, işlər maksumum bu ayın sonuna kimi tam yekunlaşacaq. Növbəti ayın əvvəlinə isə asfaltlanma işləri bitəcək.

Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə məsələ ilə əlaqədar bildirib ki, “Azərsu”dan işlərin yekunu ilə bağlı məlumat gözləyirlər:

“Sözügedən yolda təmir işlərini Azərsu ASC aparır. Yekunlaşdığı zaman bizə bu barədə məlumat veriləcək və yolun asfaltlanmasına başlayacağıq. Yolun intensiv olduğunu nəzərə alaraq, işləri maksimum tez bitirəcəyik”.

Qeyd edək ki, Ə.Rəcəbli prospektindən Z.Bünyadov prospektinə çıxan yolda, yol ötürücüsünün alt hissəsində işlər sözügedən ərazidə yağış sularının yığılıb qalması ilə əlaqədar aparılır. Yağışlı günlərdə yolda problemin yaranmaması üçün yol yenidən qazılaraq ora kanalizasiya boruları yerləşdirilib.

mersin escort