ABŞ-da bir gündə iki təyyarə qəzası: Biri evə düşdü – FOTO

ABŞ-da təyyarə yaşayış məntəqəsinə düşüb.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, ölkənin Kaliforniya ştatı səmalarında uçuşlar həyata keçirən Cessna 172 yüngülmotorlu təyyarəsi yaşayış evinə çırpılıb.

Hadisə ştatın San-Xose şəhəri yaxınlığında qeydə alınıb.

Təyyarə ekipajında olan 3 nəfər ağır xəsarətlər alıb. Onlardan 2-nin vəziyyəti ağırdır.

Yaşayış evində olan 13 nəfər isə yüngül xəsarətlərlə qəzadan sağ çıxıblar.

Eyni gündə ABŞ-a məxsus daha bir təyyarə qəzaya uğrayıb.

Ölkənin Texas ştatında yerləşən “Laughlin” aviabazası yaxınlığında qəza baş verib.

Birləşmiş Ştatların istehsalı olan “T-38 Talon” ikinəfərlik sürətli qırıcı təyyarə Texas ştatının Del Rio şəhərində yerə çırpılıb.

Hadisə nəticəsində ekipajın 2 piltondan 1-i ölüb, digəri isə ağır yaralanıb.

Hərbi Prokurorluq hadisəni təsdiqləyib. Yaralı pilotun isə “Val Verde” tibb mərkəzinə yerləşdirildiyi bildirlib.

mersin escort