“Qarabağ” – “Çelsi” oyununun hakimləri məlum oldu

Futbol üzrə UEFA Çempionlar Liqasının “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandasının V turun oyunları çərçivəsində İngiltərənin “Çelsi” klubu ilə keçiriləcək oyunu portuqaliyalı hakimlər briqadası idarə edəcək.

UEFA-nın rəsmi saytında bioldirildiyinə görə, noyabrın 22-də Bakı Olimpiya Stadionunda oynanılacaq görüşün baş hakimi Manuel De Souza olacaq. Ona həmyerliləri – yan xətt hakimləri Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Nuno Pereyra yerinə yetirəcək. Əlavə hakimlər Fabio Verissimo və Luis Migel Branko Qodinyo olacaq.

Bu qrupun digər oyununda “Atletiko Madrid” klubu “Roma”nı qəbul edəcək.

Müstəqil.Az 

mersin escort