Qapı – Fəxrəddin Əli

Yenə yuxularım çəkilib göyə,
Yenə bu otağın üzü bağlıdı.
Bəlkə də bu otaq ölüdür deyə,
Ağzı açıq qalıb, gözü bağlıdı.

Məni bu otaqdan qurtar, ay Allah,
Məni öz işıqlı evinə apar.
Ruhumu özünə qaytar, ay Allah,
Nəşimi torpağın dibinə apar.

Bəlkə üzü üstə düşərəm yerə,
Ayağa qalxmağa taqətim olmaz.
Bəlkə qapıdakı güzgüyə görə,
Tutub dikəlməyə qüvvətim olmaz.

Özümü görməyə üzüm yoxdu ki,
Gözümə baxmağa cəsarətim yox.
Daha ürəyimdə dözüm yoxdu ki,
Daha ürəyimə nəzarətim yox.

Bağla sənə gələn qapını, bağla,
Bağla, daha məndə dözüm qalmadı.
Məni bu qapının dalında saxla,
Yanına gəlməyə üzüm qalmadı

Fəxrəddin Əli

mersin escort