Putinin “ağır topu” Bakıda – Kremlin iki hədəfi

<h2></h2> <div class="banner banner-6974ce5ac660610b44d9b9fed0ff9548" data-banner="MTAz"></div> <div> <h4><strong>Ərazi bütövlüyümüzə təhlükə, yoxsa şimaldan “yumşaq güc” təhdidi; Rusiyanın erməni kökənli XİN başçısı Sergey Lavrov ölkəmizdədir; Azərbaycandan İrəvana yola düşəcək baş diplomat Putinin Bakıdan son istəklərini, yoxsa şərtlərini gətirib? Analitiklər deyirlər ki...</strong></h4> Rusiyanın xarici işlər naziri Segey Lavrovun Bakıya səfəri başlayıb. Azərbaycan XİN-dən verilən məlumata görə, Lavrov 19-20 noyabr tarixli səfəri çərçivəsində həmkarı Elmar Məmmədyarov və digər yüksək çinli rəsmi şəxslərlə görüşəcək. Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək. Onun prezident İlham Əliyevlə görüşü də istisna edilmir. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə Bakıda Qarabağ məsələsinin də müzakirə ediləcəyini deyib. Erməni

Ərazi bütövlüyümüzə təhlükə, yoxsa şimaldan “yumşaq güc” təhdidi; Rusiyanın erməni kökənli XİN başçısı Sergey Lavrov ölkəmizdədir; Azərbaycandan İrəvana yola düşəcək baş diplomat Putinin Bakıdan son istəklərini, yoxsa şərtlərini gətirib? Analitiklər deyirlər ki…

Rusiyanın xarici işlər naziri Segey Lavrovun Bakıya səfəri başlayıb. Azərbaycan XİN-dən verilən məlumata görə, Lavrov 19-20 noyabr tarixli səfəri çərçivəsində həmkarı Elmar Məmmədyarov və digər yüksək çinli rəsmi şəxslərlə görüşəcək. Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək. Onun prezident İlham Əliyevlə görüşü də istisna edilmir. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə Bakıda Qarabağ məsələsinin də müzakirə ediləcəyini deyib.

Erməni kökənli rusiyalı nazirin Bakı və İrəvan ziyarəti Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla prezident Putinin son Soçi görüşündən, habelə Ermənistan prezidenti Serj Sərksiyanın Putinlə təmasından az sonraya təsadüf eləməsi ilə xüsusi diqqətdədir. Hesab olunur ki, bu səfər dalana dirənmiş Qarabağ danışıqlarının taleyinə ən azından yeni işıq sala bilər.

*****

Qeyd edək ki, Ərdoğan-Putin görüşü ərəfəsi “Lavrov planı” deyilən həll variantı gündəmə gəlib. Hətta Dağlıq Qarabağ ətrafında 5 rayonun azad edilməsi qarşılığında Kremlin Bakıya qarşı 3 şərtinin olduğu deyilir: Azərbaycanın Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması və Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi.

Image result for Lavrov

Bu xüsusda Lavrovun Azərbaycana konkret şərtlərlə və ya Putinin ismarışı ilə gəlməsi mümkün hesab edilə bilər. Hərçənd, qeyd edilən şərtlər, “5 rayon” məsələsi Azərbaycan üçün tələ sayılır. Yəni, cəmi 5 rayonu götürməklə ərazi bütövlüyümüzün real təhlükə altına düşəcəyi barədə daşlaşmış rəylər var (Bu barədə ötən saylarımızda yazmışıq).

Doğrudur, Ərdoğan Putinlə son Soçi görüşündən sonra Rusiya liderinin münaqişənin dinc həllinə elə də ümidli olmadığını söyləyib. Lakin Putinin bu ümidsizliyi Kremlin haqqında danışılan 3 şərtinə Bakının razı olmaması və ya etirazı ilə də bağlı ola bilərdi. Bu mənada Lavrovun səfəri Azərbaycanın mövqeyini dəqiqləşdirmək və Kremlin yanaşmasını Bakıya çatdırmaq hədəfi də güdə bilər.

“Müzakirə olunacaq məsələlər masa üstündədir. Biz istəyirik ki, danışıqlar naminə danışıqlar aparılmasın. Hətta tələb edirik ki, konkret nəticə olsun. Prezidentlərin görüşündə də qeyd edildi ki, danışıqlar intensiv xarakter alsın. Münaqişənin həllinin vaxtı çatıb. Azərbaycan təkid edir ki, məsələni yerindən tərpədək”. Bu sözləri Elmar Məmmədyarov rusiyalı həmkarının səfəri ərəfəsi söyləyib.

Rusiya XİN başçısının özü isə səfərlə bağlı mətbuat konfransında bunları deyib: “Gələn həftənin əvvəlində Bakıya və İrəvana səfərlərim planlaşdırılır. Bu səfərlər ilk növbədə Rusiya ilə Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunub. O cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylər çərçivəsində prosesin harasında olduğumuzu anlamağa çalışacağıq”.

*****

Bəs Lavrovun Bakı və İrəvan səfərləri ilə bağlı əsas gözlənti nədir? Bu səfər həqiqətən Kremlin Dağlıq Qarabağa dair dinc nizamlama prosesini irəli aparmaq məqsədi güdür, yoxsa növbəti dəfə vaxt qazanmaq, imitasiya niyyəti?

Image result for Tofiq Zülfüqarov

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarova görə, Lavrov Azərbaycanın Qarabağ üzərində suverenlik hüquqlarının məhdudlaşdığını bəyan edəndən bəri Azərbaycan ictimaiyyətində etimadını tam itirib: “Bu baxımdan da onun Bakıda vasitəçilik funksiyasını həyata keçirəcəyinə inanmıram. Hesab edirəm ki, Lavrovun Bakıya gəlişi birbaşa Rusiyanın vasitəçilik roluna ziyan gətirən bir səfərdir. Vasitəçilik rolunu oynamaq üçün həm həmin ölkənin siyasəti, həm də bu rolu həyata keçirən insanlar hansısa etimada malik olmalıdırlar. Azərbaycan xalqı Lavrovu ümumiyyətlə, qəbul etmir, onun vasitəçilik rolunun ədalətli olacağına inanmır. Bu illər ərzində verdiyi bəyanatlar göstərir ki, Lavrovun fəaliyyətində təəssüflər olsun ki, sadəcə, bir imitasiya mövcuddur. Bir müddət öncə həmin Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşündə bəyan olunmuşdu ki, Rusiyada Bakı-Moskva əlaqələrinin inkişafına maneçilik törədən ermənipərəst qüvvələrin böyük hissəsi Rusiya Xarici İşlər Nazirliyində cəmləşib. Bunu boşuna xatırlatmadım. Çünki indiki mərhələdə Lavrovun Bakıya səfəri sülh prosesinə yalnız ziyan gətirə bilər”.

Sabiq nazirə görə, hazırda Türkiyə prosesə qatılıb və Qarabağ məsələsinə yeni nöqteyi-nəzərdən baxılacaq: “Artıq Türkiyə sülh prosesinin iştirakçısıdır və bu, müsbət haldır. Bu, regionda olan təhlükəsizlik məsələsidir və Qarabağ konfliktinə bir növ yeni baxışdır”.

“Fikrimcə, münaqişənin tənzimlənməsi ilə bağlı sərgilənən diplomatik aktivlik ilk növbədə Azərbaycan və Rusiya prezidentlərinin Tehranda keçirilən görüşündən qaynaqlanır. Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri də çox güman ki, bu prosesə əlavə stimul verib”. Bunu isə politoloq Elçin Mirzəbəyli Lavrovun region turnesində Qarabağ mövzusunda gözləntilərlə bağlı bildirib.

*****

Image result for Avropa Birliyinin (AB) “Şərq tərəfdaşlığı”

Rusiya diplomatiyasının “ağır topu”nun regiona səfəri daha bir hədəf güdə bilər. Məsələ ondadır ki, səfər bir neçə gün sonra – noyabrın 24-də Brüsseldə keçiriləcək Avropa Birliyinin (AB) “Şərq tərəfdaşlığı” sammiti ərəfəsinə təsadüf eldir. Hansı sammitə ki, Azərbaycan və Ermənistan prezidentləri də qatılacaq və toplantıda iki ölkənin AB ilə çərçivə anlaşmasının taleyinə aydınlıq gəlməlidir.

Yeri gəlmişkən, ötən həftə AB-nin əsas orqanı olan Avropa Parlamenti 24 noyabr Brüssel sammitinin yekun bəyannaməsinin tövsiyə xarakteri daşıyan son variantını qəbil edərək, sammit iştirakçıların müzakirəsinə təqdim edib. Əfsus ki, erməni lobbisi və onların havadarlarının köməyi ilə bəyannamə mətninə ermənilərin istəyinə uyğun olaraq Dağlıq Qarabağ məsələsi ilə bağlı ölkələrin ərazi bütövlüyü prinsipi ilə yanaşı, öz müqəddəratını təyinetmə hüququ da salınıb. Halbuki, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə və Krımla bağlı sənəddə yalnız ərazi bütövlüyü prinsipi ifadə olunub (Çox maraqlıdır ki, 2013 və 2015-ci illərdə Avropa Parlamenti Ermənistanı işğalçı kimi tanıyan sənədlər qəbul edib və onlar heç də tövsiyə xarakteri daşımır, hüquqi sənəd qüvvəsindədir).

O üzdən böyük ehtimalla, Bakı bu müddəanın ləğvini tələb edəcək. Əks təqdirdə, Azərbaycan bəyannaməni imzalamaya, üstəlik, AB ilə çərçivə sazişinin taleyi sual altına düşə bilər. Bu yerdə yada salaq ki, prezident İlham Əliyev ötən ay Bakıda AB nümayəndə heyəti ilə görüşü zamanı açıq şəkildə Azərbaycanın vazkeçilməz şərtini səsləndirmişdi:“Çərçivə sazişində və bəyannamədə ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı birmənalı şəkildə əksini tapmalıdır. Ölkələrin ərazi bütövlüyü zor gücünə dəyişdirilə bilməz”.

İndi isə təhlükə var ki, hansısa məkrli dairələr ölkəmizin Avropa ilə münasibətlərini məqsədli şəkildə pozub onu zor-xoş Rusiyaya yaxınlaşdırmağa çalışır. Nəzərə alsaq ki işğalçı Ermənistan onsuz da Rusiyanın ovucundadır, o zaman istisna deyil ki, belə bir həssas və “əlverişli” məqamda Kreml öz baş diplomatını Bakıya, regiona göndərməklə bir növ özünü real alternativ güc kimi təklif edir. Yəni həm də “yumşaq güc” təhdidi…

Analitik xidmət

mersin escort