Ceyran dərisinə yazılmış “Tövrat”ı 2 milyona satmaq istədilər – FOTOLAR

Türkiyənin Muğla vilayətində ceyran dərisi üzərinə qızılla yazılmış “Tövrat”ı gizli yollarla satmaq istəyən şəxslər saxlanılıb.

Müstəqil.az Publika.az-a istinadən xəbər verir ki, 7 əsr əvvələ aid olduğu ehtimal edilən tarixi əsər qaçaqmalçılar tərəfindən 2 milyon dollara satışa çıxarılıb

Əyalət polisi satışı təşkil etməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb.

Nəticədə ceyran dərisinə qızıl hərflərlə yazılmış “Tövrat” polis əməkdaşları tərəfindən götürülərək aid olduğu qurumlara təhvil verilib.

Müstəqil.Az

mersin escort