Qəlbimizi sızladan dərdlər sırasından – “Viləş”

…90-cı illərdə bu komandada ancaq Masallı gəncləri , 2000-ci ildə isə bir nəfər qonşu Lənkərandan və Cəlilabaddan iki gənc oynayırdı. Mən futbol azarkeşi deyiləm. İH hakimiyyətinin başçısı və birinci müavini o vaxtı futbola çox ciddi maraq göstərirdilər. Başçı yerli olduğundan həm imam üçün, həm də yezid üçün ağlamağı bir siyasətçi kimi yaxşı bacarırdı…
Bəlkə də o zaman Azərbaycanda ən tolerant başçı elə Teymur Yəhyayev idi. Məni humanitar şöbəyə işə götürsə də, ştatımın qabağına öz əli ilə mətbuat xidmətinin rəhbəri yazmışdı. Mən də demokratlığına və elan etdiyi pakliq siyasətinə arxayın olub arada onun özünü də, birinci müavinin də tənqid edirdim. Bu barədə yazılarım “Masallı” “Avrasiya” və “Millət” qəzetlərində dərc olunub. Nə isə… Söhbət burda idmandan gedir. Dediyim kimi, mən nə başçı, nə də onun birinci müavini İldırım Allahyarov kimi futbol azarkeşi idim. Bəzən idmana ayırdıqları vaxta görə onların hər iksini qınayırdım da. “Müqavva adam, yaxud DİV qapısı” povestimdə bundan bəhs etmişəm.
İndi düşünürəm ki, görəsən o zaman niyə “Viləş” 10 dəfə futbol üzrə Azərbaycan çempionatının yüksək liqasında çıxış etdi? 2000-2001-ci il futbol sezonunda çempionatın bürünc medalını qazandı. İki dəfə Azərbaycanı UEFA İntertoto Kubokunda təmsil etdi və s. və i. Çünki komandada oynayan gənclərin hamısı “bizimkilər” idi. Bir nəfər də olsun əcnəbi-filan yox idi. Bəli, cavab elə azarkeş olmadığımdan özümsayağı sadədir. O gənclər ona görə yaxşı oynayırdılar ki, ev-eşiklərinə, doğma Masallıya qələbəylə qayıtsınlar. O gənclər istəyirdilər ki, insan kimi yaşasınlar, canla-başla oynayırdılar ki, soyuducularında ərzaq olsun, anaları istədikləri xörəyi bişirsin! Toy eləsinlər, özlərinə ev tiksinlər, maşın alsınlar! O gənclər istəyirdilər ki, yolda-küçədə gedəndə yeniyetmələr onlardan nümunə götürsünlər. (Onda Masallıda Uşaq futbol məktəbi də fəalyyət göstərirdi) Qısası, rayona başqa yerdən İH başçısı təyin olundu və 2003-cü ildə maliyyə problemlerinə görə komanda fəaliyyətini dayandırdı. Sonralar komanda yenidən fəaliyyətə başlasa da, hətta 2006-2007 mövsümündə Azərbaycan Birinci Divizionununda 1-ci yeri tutaraq Azərbaycan Premyer Liqasında oynama şansını əldə etsə də daha əvvəlki “Viləş”in səviyyəsinə qalxmaq imkanları məhdud idi. Komandanın Anatoli Banişevski adına olan öz şəxsi stadionu baxımsız qaldığından orada məşq edib, futbol oynamaq mümkünsüz hala gəldi.
İndi gəlirəm əsas məqsədimə. Qoy milli futbolumuzun və ya hər hansı idman növünün “inkişafına” milyonlalarla pul verib xaricdən əyniş-üynüş idmançılar alan İŞ adamları, Azərbaycanın pulunu sağa-sola xərcləyənlər məndən inciməsinlər. Dünyada hər hansı idmançı istəyir ki, pul qazansın və buna görə yaxşı oyun sərgiləsin. Çempion olsun ki, daha çox PUL qazansın. Bizim İŞ adamları isə milyonlar verir xaricdən idmançılar alırlar ki. ÇEMPİON olsunlar. Sual: Əgər bu adamın milyonları varsa, evilə, maşınla, bağla təmin olunubsa, daha onun nəyinə gərək özünü Azərbaycan naminə idman meydançalarında “şəhid”eləsin?! Bax ona görə deyirəm. Örnək 15-20 il əvvəlin “Viləş”idir! Necə olur ki, 20-yaxın gəncimiz 100-150 manat pula görə özlərini şəbeh eləyərək gedib xaricdə yaxşı oyun nümayiş etdirirdi? Amma xaricdən milyon dollarla müqavilə bağlanan futbolçular ŞAH kimi yaşasalar da, mənim tanıdığım o zamankı “Viləş”in yarısı qədər də oyun nümayiş etdirə bilmirlər???…
Pulu varsa, demək, onlara buralarda müqavilənin vaxtı bitənəcən baş girələmək lazımdır. Başqa heç nə yox!
Nurəddin Ədiloğlu
mersin escort