Türkiyə Füzulinin məzarı üzərində türbə tikmək üçün İraqla müqavilə imzaladı – Möhtəşəm addım

Şərq ədəbiyyatının nəhənglərindən olan Azərbaycan şairləri – İmadəddin Nəsimi və Məhəmməd Füzulinin münaqişəli bölgədə yerləşən məzarları hər zaman müzakirə mövzusu olub.

 

Zaman-zaman həm Füzulinin İraqın Kərbəla, həm də Nəsiminin Suriyanın Hələb şəhərində olan məzarının aqibəti, onların nəşinin vətənə gətirilməsi mövzuları gündəmə gətirilib və tezliklə də unudulub.

 

AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmər doktoru Paşa Kərimov bir neçə gün öncə Modern.az-a açıqlamasında Füzulinin məzarının aqibəti  barədə təəssüfləndirici faktlar səsləndirmişdi:

“Füzulinin qəbri hələ Səddam Hüseynin vaxtında yolun altında qaldı. Təkcə məzar daşını gətirib məlum yerə – İmam Hüseyn məqbərəsinin yaxınlığında qoydular. Məlum siyasi hadisələrdən sonra o daşın üzərində xoşagəlməyən qeydlər edilib. Üzərində yazılıb ki, ərəb, fars, türk və kürd dillərində yazan bir sənətkardır. Bunu da başa düşmək olmur; yəqin, siyasi hadisələrlə bağlıdır. Təəssüf ki, qəbir daşının üstündə belə bir yazı var. Amma bu dövrandır, biri gələr, biri gedər və o yazılar da dəyişilə bilər.

Əsas məsələ budur ki, onun qəbiri çoxdan yerin altında qalıb. Salınan yol üzərindən keçirdi deyə, o da yer altında qalası oldu. Bu faktı bilmirəm niyə demirlər. Yalnız daşı saxlayıblar. Onu da özlərinə uyğun şəkildə redaktə ediblər”.

 

Bu dəqiqlərdə isə məlum məsələ ilə bağlı xoş xəbər eşidildi. Tarixçi alim Dilavər Əzimli Modern.az-a bu barədə açıqlama verərək, Türkiyə Cümhuriyyətinin Füzulinin məzarı üzərində türbə tikmək üçün İraq dövləti ilə müqavilə imzaladığını bildirib. Bu barədə alimə Türkiyədəki yaxın əlaqələri, etibarlı mənbələri məlumat yollayıblar. Dilavər Əzimli isə açıqlamasında bir faktı da əlavə edib:

“1960-cı illərdə Türk hökuməti Füzulinin məzarı üzərində türbə tikilməsini öhdəsinə götürüb, əvəzində isə İraq hökuməti Trükiyədəki ərəb şairi İmreül Qeys üzərində türbə tikəcəkdi”.

 

Çox yaxşı ki, həmin tarixi hadisə bu tarixdə gerçəkləşəcək. Füzulinin məzarı üzərində tikiləcək türbə onun təhlükəsizliyini qorumaqla yanaşı, həm də Füzulinin türk şairi kimi dünya üçün təsdiqinə möhür vuracaq!

mersin escort