Türk tarixinin ən önəmli şəxsiyyətinin məzarı tapıldı

Türkiyənin elm adamları tarixdə adı keçən ilk türk yazıçı, tarixçi və dövlət xadimi Bilgə Tonyukukun məzarını tapıb.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, məzar 2001-ci ildə başlayan Orta Asiyada türk mədəniyyətinin araşdırılması əməliyyatı zamanı aşkara çıxıb.

Tarixi Moğol dövlətinin Altay bölgəsində aparılan araşdırmalar Türkiyənin Dokuz Eylül Universiteti və Qafqaz və Orta Asiya Arxeoloji Araşdırmalar Mərkəzinin müdiri, professor Semih Günərin başçılığı altında keçirilib.

Hazırda araşdırmaçılar 500 kurqanın arasından tapılan Tonyukukun məzarını qazmaq niyyətindədir. Ancaq arxeoloji qazıntılar, restavrasiya və konservasiya işləri üçün lazım olan maddi vəsait tapılmır.

Qeyd edək ki, B.Tonyukuk türklər üçün əhəmiyyətli bir dövlət xadimi olub. O, Göytürk dövləti dövründə yaşayan İltəriş xaqan, Qapağan xaqan, Bögü xan və Bilgə Kağana həm baş vəzirlik, həm də orduya baş komandirlik edib.

mersin escort