Nüvə hücumuna qarşı Əhaliyə XƏBƏRDARLIQ: fənər, dərman və radio cihazları hazırlayın!

ABŞ-ın Alyaska ştatının sakinlərinə Şimali Koreyanın nüvə hücumlarına qarşı xəbərdarlıq edilib.

Müstəqil.Az xarici mediaya istinadən xəbər verir ki, bölgə əhalisini gözlənilən hücuma qarşı hazırlamaq üçün tədbirlərə başlanılıb.

ABŞ-ın Fövqəladə Planlaşdırma Komitəsinin üzvü Ceremi Zidek əhaliyə radiasiyaya qarşı dərman, fənər və radio cihazlarını hazır vəziyyətə gətirməyi tövsiyə edib.

Ölkə mediasına açıqlamasında C.Zidek bildirib ki, nüvə silahı təhlükəsinə qarşı edilən hazırlıq insanların digər fəlakətlərə qarşı etdiyi hazırlıqla eynidir.

“Nüvə hücumu zamanı təxliyə üçün vaxt olmaya bilər. Ona görə də, ən yaxşı məsləhət gizlənmək və hücumun sonunu gözləməkdir”, – deyə o bildirib.

mersin escort