Heyvanların mədəsindən plastik və sintetik qalıqların çıxması təəccübə səbəb oldu – İNANILMAZ…

Planetin ən dərin nöqtəsi olan “Mariana” çökəkliyində və okeanın bir çox başqa yerlərində tədqiqatlar aparılıb. Nəticədə canlıların mədəsindən plastik və sintetik qalıqların çıxması elm adamlarını çox təəccübləndirib.
 Müstəqil.Az  xarici mediaya istinadən xəbər verir ki, aparılan tədqiqatda plastik tullantılar mövzusunda narahatlıq doğuran tapıntılar ortaya çıxıb. Sakit Okeanının ən dərin nöqtələrində yaşayan heyvanlar üzərində tədqiqatlar aparılıb.
Araşdırmada heyvanların mədəsindən plastik şüşə və sintetik paltar qalıqları tapılıb. Araşdırmada iştirak edənlər tapıntıların dəhşət verici olduğunu və plastik tullantıların yer üzünün hər tərəfinə yayıldığını deyib.
 
Həmçinin, elm adamları, dünya əhalisinin ekologiyaya bu cür cinayətkar yanaşmasının bütövlükdə planetin daimi olaraq çirklənməsinə səbəb olacağını bildiriblər.
Müstəqil.Az

mersin escort