Bu şəxslər “Qarabağ”-“Çelsi” matçına buraxılmayacaq

Noyabrın 22-də İngiltərənin “Çelsi” klubunu qonaq edəcək “Qarabağ”ın oyununa şəxsiyyət vəsiqəsiz bilet almaq mümkün deyil.

Bu barədə Axar.az-a ASAN Xidmət Mərkəzindən bildirilib. Azarkeşlər yalnız şəxsiyyət vəsiqələri ilə kassalara yaxınlaşaraq futbola bilet ala bilərlər.

“Qarabağ”ın Çempionlar Liqasında bundan əvvəlki ev oyunlarına da şəxsiyyət vəsiqəsi olmadan bilet almaq mümkün deyildi.

Qeyd edək ki, Ağdam klubunun ingilislərlə qarşılaşmasına biletlərin satış məntəqələri bunlardır:

“Gənclik mall” və “28 mall”

“Park Bulvar” (Qarabağ FK Fan-şop)

M. Rəsulzadə, 3 (“Azərbaycan” kinoteatrının yaxınlığı) Bülbül prospekti

Heydər Əliyev Sarayının kassası

Asan Xidmət mərkəzləri

Nizami küç. (“Nizami” kinoteatrının yaxınlığı)

Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

mersin escort