Ərdoğan Putindən bu üç rayonumuzu istədi – Türk diplomat şifrələri açdı

<strong>Türkiyə prezidenti Kuveyt səfərində rusiyalı həmkarı ilə görüşündən bəhs edib.</strong> O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunu da müzakirə ediblər. Hətta Ərdoğan qeyd edib ki, Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər: “Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var. “Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik.<strong> Putin bunun mümkün olduğunu hesab edir</strong>”, – deyə R.T.Ərdoğan bildirib. <strong><em>Görüşün Azərbaycan üçün daha vacib detallarını isə Ərdoğanın Bakıda olan müşaviri Yalçın Topçu açıqlayıb.</em></strong> O, A24.az-ın əməkdaşı ilə müsahibəsində bildirib  ki, bütün dünyanın gözü önündə xaincə, alçaqca baş verən işğala son veriləcək. Qarabağ torpaqlarının tamamı qeyd-şərtsiz əsl sahibi olan Azərbaycana geri qaytarılacaq. Və o

Türkiyə prezidenti Kuveyt səfərində rusiyalı həmkarı ilə görüşündən bəhs edib.

O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunu da müzakirə ediblər.

Hətta Ərdoğan qeyd edib ki, Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər: “Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var. “Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Putin bunun mümkün olduğunu hesab edir”, – deyə R.T.Ərdoğan bildirib.

Görüşün Azərbaycan üçün daha vacib detallarını isə Ərdoğanın Bakıda olan müşaviri Yalçın Topçu açıqlayıb.

O, A24.az-ın əməkdaşı ilə müsahibəsində bildirib  ki, bütün dünyanın gözü önündə xaincə, alçaqca baş verən işğala son veriləcək. Qarabağ torpaqlarının tamamı qeyd-şərtsiz əsl sahibi olan Azərbaycana geri qaytarılacaq. Və o gün uzaqda deyil.

O daha sonra işğal altında qalan rayonlardan kilid əhəmiyyəti daşıyanların adını da çəkib.

Şuşa, Laçın, Ağdam…

“Tədbirin açılışındakı çıxışımda Şuşanın, Laçının, Ağdamın adını çəkdim və bu da səbəbsiz deyildi”.  – deyən diplomat Ərdoğanla – Putinin masasında konkret bu rayonların adının hallanmasına da işarə edərək, şifrələr üçün ipucu verib.

mersin escort