FAZİL MUSTAFA: “Dini radikalizmə qarşı mübarizədə daha səlis yol tutmaq lazımdır”

Deputat: “Buna qarşı mübarizədə yalnız maarifləndirci tədbirlərlə kifayətlənmək olmaz”

“Hər il minlərlə günahsız insan amansız terrorun qurbanı olur. Bu aktları həyata keçirənlərin böyük əksəriyyəti radikal dini cərəyanların nümayəndələridir. Son zamanlar tez-tez İŞİD terror şəbəkəsinə qoşulanlar arasında azərbaycanlıların, eləcə də qadınların olduğunu eşidirik. Onlar bilərəkdən və ya məcbur terror təşkilatlarının köləsinə çevrilirlər. Bu da dini radikalizmin ciddi təhlükəyə çevrildiyini deməyə əsas verir”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa bildirib ki,siyasi müxalifətin meydanının daralması dini radikal təmayüllərə meyli daha çox artırır: “Dini radikalizmə qarşı mübarizədə daha səlis yol tutmaq lazımdır. Əks halda bunun təhlükəsi duyulacaq. Bu, əslində müxalifətin özünü sistemləşdirə bilməməsindən doğan bir istiqamətdir. Çünki siyasi müxalifətin meydanının daralması dini radikal təmayüllərə meyli daha çox artırır.

Bu baxımdan bütün siyasətin yolunu açmaq lazımdır ki, insanlar fikirlərini normal, səviyyəli, təndiqi üslubda dilə gətirə bilsinlər. Yalnız bu zaman onların başqa istiqamətə meyllənməsinin qarşısını almaq olar”. Deputatın sözlərinə görə, dini radikalizmə qarşı mübarizədə yalnız maarifləndirci tədbirlərlə kifayətlənmək olmaz: “Azərbaycanda bu istiqamətdə atılan addımlar kifayət qədər çoxdur və dövlət tərəfindən də müəyyən işlər görülür. Həmçinin Dini Komitə maarifləndirici işləri gücləndirib.

Bu tendensiyanı müsbət hesab edirəm. Düşünürəm ki, bu sahədə yaxşı mənada inkişaf var.Amma bu, yalnız bizdən asılı məsələ deyil. Həm qonşu ölkələrdən, həm də digər yerlərdən qurumlar vasitəsilə müəyyən vəsaitlər ötürülür. Hər halda biz bunu nəzərə almalıyıq. Məsələ təkcə daxili maarifçiliklə yekunlaşmır. Ölkədə müəyyən dərəcədə özünüifadənin daha təkmilləşmiş forması tapılmalıdır ki, dini özünüifadə siyasətin yerinə keçməsin”.

mersin escort