Bakıda il boyu baş verən”YOL TERRORU”: 166 ölü, 461 yaralı

Bu il yanvarın 1-dən noyabrın 10-dək Bakı şəhəri üzrə 527 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Müstəqil.Az-a Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

 

Onun bildirdiyinə görə, baş verən hadisələr nəticəsində 166 nəfər ölüb, 461 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 hadisə, 4 ölüm, 145 xəsarət faktı azalıb, eyni zamanda, xəsarət dərəcələri yüngülləşib.

 

Piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalarla profilaktik maarifləndirici iş aparılıb, yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Belə ki, bu dövrdə inzibati tənbeh tədbirləri çərçivəsində 590 mindən artıq inzibati protokol tərtib olunub ki, onlardan da 84 mini piyada protokoludur.

Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aparılan təhlillər sübut edir ki, paytaxt üzrə hadisələrin ümumi çəkisində piyadalar ehtiyatsızlıq, yaxud səhlənkarlıqdan yol qəza hadisəsinin baş verməsinə səbəb olurlar. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, yol keçidlərində, yol ayırıclarında hərəkətin təhlükəsizliyinin həssas olduğu ərazilərdə piyada keçidlərindən istifadə etməyən ehtiyyatsız piyadalar yol qəza hadisələrin iştirakçısına çevrilirlər. Xüsusilə diqqət çəkən bir məqam var ki, baş verən qəzalarda hadisələr əsasən yerüstü və yeraltı piyada keçidlərin yaxınlığında baş verir.

Eləcə də hadisələr üzrə bir sıra faktlar da göstərir ki, piyadalar işıqforun tələblərinə əməl etmir, yolda hərəkət hüququ olan avtomobilin qarşısına çıxır.

Piyadalar arasında intizamın möhkəmləndirilməsi, sürücü-piyada münasibətləri, yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması diqqət mərkəzindədir.

mersin escort