Sumqayıtda avtobuslar daşa basıldı

Bir sıra KİV-lər məlumat yayıblar ki, naməlum şəxs Sumqayıtda avtobusu atəşə tutub. Guya hadisə 17-ci mikrorayonun ərazisində baş verib.

Müstəqil.Az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, bu xəbər həqiqətə uyğun deyil.

E.Sultanovun sözlərinə əsasən, axşam saatlarında naməlum şəxslər iki sərnişin avtobusunu daşa basıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb, avtobuslara maddi zərər dəyib – onların şüşələri sındırılıb.

Bu xəbəri virtualaz.org-a Daxili İşlər Nazirliyində də təsdiqləyiblər.

Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxslərin axtarışını həyata keçirir.

mersin escort