Ramiz Qusarçaylının “Gedəsən dünyanın axırınacan” adlı kitabının təqdimatı keçirildi

 

Bu günlər də Sumqayıt şəhərindəki Əli Kərim adına Poeziya Klubunda görkəmli şairimiz Ramiz Qusarçaylı ilə görüş keçirildi və şairin yeni nəşr olunmuş “Gedəsən dünyanın axırınacan” adlı şeirlər kitabı təqdim olundu.

Müstəqil.Az xəbər verir ki, tədbiri giriş sözü ilə Əli Kərim adına Poeziya Klubunun rəhbəri, tanınmış şair İbrahim İlyaslı açdı və Ramiz Qusarçaylının  həyat və yaradıcılığı barədə geniş məlumat verdi.

Respublikanın əməkdar artisti, mahir bədii qiraət ustası Ağalar Bayramov şairin yaradıcılığına olan məhəbbətini xüsusi şövqlə dilə gətirdi və məşhur şeirlərindən ifa etdi.

Xalq Mədəniyyət Universitetinin rektоru, H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının direktоru,  Sumqayıt şəhər Mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışmış,  hazırda Respublika Mədəniyyət Işçiləri Həmkarlar Ittifaqı Sumqayıt şəhər Kоmitəsinin və Respublika Mədəniyyət Fоndu Sumqayıt Şöbəsi İdarə Heyətinin sədri, Sumqayıt Dövlət Universitetinin fars dili müəllimi, şair Əşrəf Veysəlli,  Sumqayıt Dövlət Universitetinin “Azərbaycan və xarici ölkələr ədəbiyyatı” kafedrasının professoru, filologiya elmləri doktoru, “Göyərçin” jurnalının baş redaktoru, respublikanın əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu, görkəmli pedaqoq,  respublikanın əməkdar müəllimi, şair-publisist,  “Şöhrət” ordenli Ofeliya Babayeva,  Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Adilə Nəzər,   Xəzər Universitetinin müəllimi, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Mail Yaqub, “Kəpəz“ televiziyasında “Duyğulu könüllər” verilişinin aparıcısı, tanınmış tele-jurnalist və şair Çiçək Mahmudqızı, şairlərdən Ayaz Arabaçı,Əli Nəcəfxanlı, Əyyub Qiyas, Ədalət Nicat çıxış edərək Ramiz Qusarçaylı poeziyası haqqında öz ürək sözlərini söylədilər, şairin yaradıcılığının məziyyətləri barədə ətraflı məlumat verdilər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən Məhbubə Valeh Qızı, Fərid Bağırov və Fidan Babayeva şairin şeirlərini söylədilər.

Respublika muğam müsabiqəsinin qalibi Tural Salmanov şairin sözlərinə bəstələnmiş mahnılar ifa etdi.

Ramiz Qusarçaylı çıxış edərək Əli Kərim adına Poeziya Klubunun rəhbərliyinə və görüş iştirakçılarına təşəkkürünü bildirdi, yeni şeirlərini oxudu və oxucular üçün kitabını imzaladı.

Görüş Ağalar Bayramovun möhtəşəm ifasında Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şerinin sədaları ilə başa çatdı.

 

Günay

 

mersin escort