Nazir iqtisadi böhrandan çıxış yolunu açıqladı: “Marixuana istehsal edəcəyik”

Yunanıstan 7 illik iqtisadi böhranın həllini narkotik vasitə istehsalında görür.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, hökumət səhiyyə sahəsində marixuananın istehsalını inkişaf etdirərək ölkəni iqtisadi böhrandan çıxartmağa çalışacağını bəyan edib.

Bu barədə, “Bloomberg” nəşrinə müsahibəsində ölkənin kənd təsərrüfatı naziri Apostola Evanqelos bildirib.

Onun sözlərinə görə, marixuana istehsalçıları artıq Yunanıstanda yaradılacaq komplekslərə maraq göstərirlər:

“Ən az 1,5 milyard avro gəlir gözlənilir. Marixuana yetişdirilməsi üçün ayrılan 12-15 qazanxana komplekslərində ən az 400 işçi qüvvəsi üçün vakansiyalar olacaq. Bu ölkədə işsizliyi də azalda bilər. Hökumət bu yolla 10 il ərzində təxminən 200 milyard avro qazanmağı planlaşdırır”.

Xatırladaq ki, hazırda Yunanıstanda işsizlik səviyyəsi 20% təşkil edir.

mersin escort